“Ermənistanda müasir silahları istifadə edə biləcək ordu yoxdur”
"Ermənistanın hərbi durumu ağır vəziyyətdədir. Aprel ayına qədər bu ölkə bir mif yaratmışdı ki, onlar güclüdürlər və keçilməz xəttə malikdirlər. Lakin Azərbaycan o xətti alt-üst etdi". Bunu SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli Ermənistanda Rusiya istehsalı olan "İsgəndər" raketlərinin nümayişinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, aprel ayındakı vəziyyət həm Azərbaycan, həm də Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığını, dünya ictimaiyyətinin bu məsələyə münasibətini göstərdi: "Aprel döyüşləri Azərbaycan ordusunun gücünü, Ermənistan ordusunun mif olaraq yaradıldığını sübut etdi. Rusiyanın Ermənistanda daimi marağı var və onu saxlamaq üçün müəyyən addımlar atır. Lakin hər kəs başa düşür ki, münaqişə həll edilməlidir, bu cür addımlarla Ermənistanın mövqeyini uzatmaq olmaz".
Ekspert deyib ki, Azərbaycan ordusu Ermənistan ordusundan qat-qat güclüdür, müasir silahları var: "Həmçinin, Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından ilə müqayisəedilməz dərəcədə güclüdür, xarici siyasəti, insan resursları da onun kimi. Rusiyanın və digər iri dövlətlərin Cənubi Qafqazda maraqları var. Məlumdur ki, münaqişənin uzanması bəzi böyük dövlətlərə sərf edir. Ermənistandakı aprel ayından sonrakı hadisələr, mitinqlər, hakimiyyət böhranı, hökumətin istefası, iqtisadi böhranın ardınca silahları müasirləşdirmək cəhdi əslində əhalini sakitləşdirməyə yönəlmiş addım idi".
Ancaq ekspert hesab edir ki, ən müasir silahları gətirib nümayiş etdirsələr belə Ermənistanda onu istifadə edəcək nə müasir ordu, nə dövlət, nə də iqtisadi imkanlar var: "Eyni zamanda paralel Ağdamda təlimlər keçirdilər. Ermənistanda təlimlər keçməyə güclü ordu yoxdur. Kiçik bölmələr səviyyəsində olan təlimlər heç bir effekt verməyib. İndiyə kimi olan təlimlər də bunu göstərdi. Yaxşı olar ki, Ermənistanı müdafiə edən güclər, Qarabağa yardım ayıran həmsədr dövlətlər Fransa, ABŞ işğalçının başına ağıl qoysunlar və onun torpaqlarımızdan çıxmasını təmin etsdinlər. Yoxsa status kvonu uzatmaqla heç nəyə nail ola bilməyəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB