"Bu gün ABŞ və onun Avropadakı müttəfiqləri müxtəlif bəhanələrlə müstəqil ölkələrin daxili işlərinə müdaxilə edir, sabit cəmiyyətlərdə xaos yaradır, hakimiyyət çevrilişləri ssenariləri həyata keçirir. Ümumiyyətlə ABŞ ancaq bu cür işlərlə məşğul olur". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, 1970-ci ildə ABŞ-da dollar çökəndən sonra 1976-cı ildən etibarən bu fəaliyyətlə birmənalı məşğul olmağa başlayıb: "ABŞ-ın əsas məqsədi o olub ki, dünyada hegemon statusunu qazansın və bu statusla da öz fəaliyyətini davam etdirsin. Burada ABŞ-ın tək məqsədi dollar saxlamaq deyil, bir qrup adamın iqtisadi maraqlarını qorumaq və həmin iqtisadi maraqlara xidmət etməkdir. Əslində rəsmi Amerikada dövlət hakimiyyət tərəfindən idarə olunmur. Bu, ancaq "5-ci kolon" tərəfindən idarə olunur. SSRİ dağılandan sonra ABŞ dünyada hegemonluq statusunu qazanıb. Son 10 ildə Rusiya-Çin dueti artıq onların hegemonluğunu ikinci sıraya keçirmək üzrədir. Dünyada 7 qütbləşmə əmələ gəlib. Yəni onlar Avropa Birliyinin İttifaqını yaratmışdılar ki, özlərinin oyuncağına çevirsinlər. Amma indi Rusiya ilə Çinin yürütdüyü siyasət onların bu arzusunu gözündə qoyub".
C. Nuriyev əlavə edib ki, bu gün ABŞ, İngiltərə və Norveçin səfirlikləri sanki Azərbaycanda yeni yaradılacaq vitse-prezident statusunda çıxış edirlər: "Onlar hər yerə başlarını soxurlar. Azərbaycan istər beynəlxalq aləmdə, istərsə də hüquqi, iqtisadi müstəvidə sərbəst siyasət yeridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB