Qaradağ rayonunda seçicilərlə görüş keçirilib FOTOLAR

Qaradağ rayonunda seçicilərlə görüş keçirilib FOTOLAR

Bu gün Qaradağ rayonunun Müşviqabad qəsəbəsində "Yeni Azərbaycan" təşviqat qrupunun seçicilərlə növbəti görüşü keçirilib. Görüşdə çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycan Respublikası Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər haqqında ətraflı məlumat verib.

Onun sözlərinə görə, təklif olunan dəyişikliklərdə bir çox məsələlər yer alıb. Bu dəyişikliklər idarətetmənin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, xüsusi mülkiyyət, sosial məsuliyyət və sosial ədalət, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı və digər məsələlər öz əksini tapıb: "Hesab edirəm ki, istənilən obyektiv və qərəzsiz yanaşmada bu dəyişikliklərin hər birinin nə qədər əhəmiyyətli olduğu meydana çıxır". Səlahiyyətli nümayəndə A.Hüseynov daha sonra vurğulayıb ki, təklif olunan dəyişikliklər ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında aparılan islahatların nəticəsidir və bu islahatlar xalqımız tərəfindən daim dəstəklənib: "Mən bütün vətəndaşlarımızı referendumda fəal iştirak etməyə və Konstitusiyaya təklif olunan bu dəyişikliklərə səs verməyə çağırıram".

Görüşdə çıxış edən 274 saylı məktəbin müəllimi Həsənağa Hacıyev, Müşviq qəsəbə sakini Müşviqə Baxşıyeva, 320 saylı məktəbin müəllimi Adilə Tağıyeva, qəsəbə sakini Anar Pənahov, iqtisadçı alim Xaliq Məmmədov və digərləri də Azərbaycanda hayata keçirilən geniş islahatlar kursunu dəstəklədiklərini, baş verən dəyişikliklərin hər bir vətəndaşmızın həyatında müsbət mənada hiss edildiyini, konstitusiya islahatlarının dövlətimizin daha da inkişafına xidmət etdiyini vurğulayaraq, əlavə ediblər ki, ümumxalq səsverməsi günü hər bir qəsəbə sakini seçki məntəqələrinə gedərək Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə "HƏ" deyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə