"Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi mədəni-humantiar həyatında mühüm rola malik potensial qüvvə sayılan sağlam gəncliyi öz sıralarına qatan Yeni Azərbaycan Partiyası gənclərin inkişaf perspektivlərini həmişə diqqətdə saxlamış və gəncliyin önündə yeni üfüqlər açmışdır. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin və Onun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir". SİA-nın verdiyi məlumata görə, bunu bu gün Nəsimi rayonunda keçirilən tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı deyib.
.jpg)
Sədr qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüskarı olduğu "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsi ölkəmizdə dövlətçiliyin güclənməsinə, cəmiyyətin və xalqın yüksək inkişafının təmin edilməsinə yönəlmiş növbəti təşəbbüs kimi xüsusi əhəmiyyətə malikdir. Bugünkü Azərbaycan gənclərinin də başlıca missiyası ölkəmizdə müşahidə olunan müsbət, insanların rifahını yüksəldən, ölkəmizin qüdrətini artıran, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin bundan sonra da uğurlar qazanmasını təmin etməkdən ibarət olmalıdır.
.jpg)
YAP Nəsimi rayon təşkilatının Şura üzvləri Əvəz Ələkbərov və Əfqan Abdullayev tədbirdə çıxış edərək bildiriblər ki, dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev Azərbaycan xalqının etimad göstərdiyi rəhbər və dünyada tanınmış bir siyasi xadimdir. Vətəndaşlarımızın rifahının yüksəlməsinə, dünya siyasi arenasında layiqli yerini tutmasına öz töhfəsini vermiş cənab İlham Əliyev müstəqil Azərbaycanın daha da güclənməsi üçün bütün imkanlardan istifadə edir.
.jpg)
Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərə diqqət yetirdikdə onların böyük əksəriyyəti insan hüquq və azadlıqlarının təmin edilməsinə, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəlib. Azərbaycan xalqı öz rəhbərinə inanır və "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsini birmənalı şəkildə dəstəkləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB