Artıq bundan öncəki Referendumun keçirilməsindən 7 il ötür. Sonuncu dəfə Azərbaycanda ümümxalq səsverməsi ilə Konstitusiyaya edilən əlavə və dəyişikliklər kifayət qədər öz müsbət təsirini göstərmişdir. Ölkəmizdə son zamanlarda gedən inkişaf, canlanma demək olar ki, heç bir ölkədə olmayacaq dərəcədə sürətlə və genişmiqyaslı şəkildə cərəyan edir. Bu canlanmanı istər siyasi, istər mədəni, istər iqtisadi, istər hərbi və digər cəhətdən müşahidə edə bilərik. Ölkəmizdə baş verən ciddi müsbət proseslər, davamlı, dayanıqlı inkişaf konstitusiyaya dəyişikiliklərin və əlavələrin edilməsini həyatın sosial sifarişi kimi qəbul etmək lazımdır.
2016-cı il 26 sentyabr tarixində keçiriləcək referendum aktının Konstitusiyamızda olacaq 29 dəyişiklikdən xəbər verir. Bu dəyişikliklər arasında çox əhəmiyyətli faktorların yer alması elə gələcək məsuliyyətdən və inkişafdan xəbər verir. İstər dövlət-cəmiyyət-şəxsiyyət münasibətləri, istərsə də institusional dəyişikliklər, xüsusən vitse-prezident institutunun yaradılması və digər bu kimi vacib faktorlar öz əksini tapmışdır. Lakin bir gənc kimi mənim üçün diqqətimi çəkən ən vacib göstəricilərdən biri isə o oldu ki, qüvvədə olan Konsititusiyamıza əsasən 18 yaşında olan hər bir vətəndaşımızın seçmək hüququ tanınır, lakin ona seçilmək hüququ verilmir. Deputat seçilmək üçün 25, baş nazir, hakim 30 yaş, prezident seçkilərinə isə 35 yaş həddi tələb olunurdu. Ona görə mühüm dəyişikliklərdən biri də məhz seçmək hüququ tanınmış gənclərimizin həm də seçilmək hüququna malik ola bilmələridir. Bu da təbii ki, gənclərimizə olan dəstəyin əyani sübutudur. Düşünürəm ki, seçmək yaş həddində olan hər bir gəncimizin həm də seçilmək hüququ olmalıdır və bu səbəbdən də veriləcək bu qərarın tam ədalətli qərar olacağına inanıram. Çünki artıq əsas dövlət orqanlarında gedən islahatlar və kadrların gəncləşməsi inkişafı özündə bilavasitə göstərir.
Zaman keçdikcə bütün sahələrdə islahatlar aparıldığı kimi Konstitusiyanın dəyişdirilməsinə də ehtiyac duyulurdu. İlk dəfə ulu öndər Heydər Əliyevin 2002-ci il iyunun 22-də imzaladığı Fərman məhz bu məqsədi daşımaqla, Konstitusiyada dəyişikliklər edilməsi haqqında referendum aktının layihəsini ümumxalq səsverməsinə çıxarmışdır. Bu, ulu öndər Heydər Əliyevin dərin fəlsəfi düşüncələrinin məntiqi nəticəsi kimi ilk növbədə dövlətçiliyimizin, demokratik norma və prinsiplərin daha da möhkəmləndirilməsinə yönəlmişdir.
2002-ci il avqustun 24-də əhalinin böyük əksəriyyəti referendum aktına səs verərək Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə aparılan hüquqi islahatları dəstəklədiyini bildirmişlər. Konstitusiyanın müəyyən maddələrinə edilmiş əlavə və dəyişikliklərə əsasən vətəndaşlara Ombudsmana, Konstitusiya məhkəməsinə müraciət etmək hüququ verilmiş, həmçinin Milli Məclisin səlahiyyətləri dəqiqləşdirilərək ona Ombudsmanın seçilməsi, Apellyasiya Məhkəməsinə hakimlərin təyin olunması hüququ verilmişdir. Bu dəyişikliklərin bir qrupu məhkəmə hakimiyyətinin rolunun artırılması, Prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsi ilə bağlı idi.
2009-cu il 18 mart tarixində keçirilən referendum da məhz yeni tələblərin inkişafımız naminə qəbul edilməsinə yönəldilmişdir. Qəbul olunmuş dəyişikliklərsə bu günümüzədək keçmiş olduğumuz inkişafla özünü təsdiqlədi.
Konstitusiyaya edilən əlavə və dəyişikliklər hər zaman öz müsbət nəticələri ilə özünü təsdiqləmişdir. Düşünürəm ki, inkişaf edən cəmiyyətdə qanunların da zamanın tələbinə uyğun formada dəyişdirilməsinə və əlavələrin olunmasına gərək var.
Bu baxımdan 2016-cı il 26 sentyabr tarixində keçiriləcək Referendumda Konstitusiyaya lazım olan əlavə və dəyişikliklərə "Hə" deməliyik.
Gələcək inkişafımız naminə "Hə" deyək!!!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB