Gürcüstanda növbəti təbii fəlakət ZƏLZƏLƏ

Gürcüstanda növbəti təbii fəlakət ZƏLZƏLƏ

Gürcüstanın qərbində yeraltı təkanlar müşahidə olunur. SİA xəbər verir ki, bu barədə apsny.ge saytı ölkənin İlya adına dövlət universitetinin seysmik monitorinqinə istinadən informasiya yayıb.

Seysmoloqların məlumatlarına görə, yeraltı təkanlar gecə saatlarında baş verib. Zəlzələnin episentri 4,9 maqnituda gücündə olub və silkələnmə Qara dənizdə - Gürcüstanın sahil xəttindən 44 km aralıda yaşanıb.

Hazırda bu bölgədə kiçik həcmli silkələnmələr müşahidə edilməkdədir.

Dağıntılar və xəsarət alanlar barədə informasiya verilmir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə