Tanınmış violonçel ustası və prezident Vladimir Putinin yaxın dostu Sergey Rolduqin Putinin şəxsi keyfiyyətləri barədə danışarkən, ABŞ prezidenti Barak Obama haqqında maraqlı sirr açıb. SİA xəbər verir ki, bu barədə "Ria Novosti" saytı yazır.
"Mən hətta sizə sirr açmaq istəyirəm"- deyə qeyd edən violo ustası bildirib ki, o, müəyyən detallardan xəbərdardır: "Belə ki, Obamanın şəxsi mühafizəçiləri onu Putinlə təkbətək qaldığı müddətdə belə, tək buraxmırlar. Siz anlayırsınız? Bu, Rusiyanın dövlət başçısı statusunda Putin üçün çox güclü göstəricidir".
Onun sözlərinə görə, ABŞ prezidenti ilə görüşündən sonra hər dəfə son söz Putinin olur. "Çox şeyi onun özü həll edir. Buna görə də onu həm dostları, həm də düşmənləri sevir"-deyə qeyd edən Rolduqin jurnalistlərin Putinin şəxsi keyfiyyətlərinin və xarakterinin dəyişməsi ilə bağlı verdikləri suallarını da cavablandırarkən bunun belə olmadığını deyib və bildirib ki, o dövləti üçün çalışan bir şəxsidr və bu cür sualların ona heç bir aidiyyatı yoxdur.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB