AŞPA-nın payız sessiyasının gündəliyi açıqlanıb

AŞPA-nın payız sessiyasının gündəliyi açıqlanıb

Avropa Şurası Parlament Assambleyasının(AŞPA) 10-14 oktyabrda Strasburqda keçiriləcək payız sessiyasının gündəliyi açıqlanıb.

SİA AŞPA saytına istinadən xəbər verir ki, sessiyanın ilk günü qurumun prezidenti Pedro Agramunt bəyanatla çıxış eəcək.

Daha sonra Büro və Daimi komitənin tərəqqi hesabatı, Belarus və İordaniyada keçirlən parlament seçkiləri ilə bağlı müşahidəçi rəyləri təqdim olunacaq.

Sessiyada "Miqrasiya siyasətinin Avropa əhalisinin dinamikasına təsiri", "İdman hamı üçün: bərabərlik, inteqrasiya və sosial həmrəylik üçün körpü" və digər mövzularda debatlar olacaq.

Oktyabrın 12-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sessiyada çıxışı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə