TÜRKPA referendumu müşahidə edəcək

TÜRKPA referendumu müşahidə edəcək

Azərbaycan Respublikasının Milli Məclisinin dəvəti ilə TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası 26 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Konstitusiyasına dəyişiklər edilməsi ilə bağlı referendumun qısamüddətli monitorinqini həyata keçirəcək. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, missiya Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament üzvləri, eləcə də TÜRKPA Katibliyinin nümayəndələrindən ibarətdir. Səsvermə günü missiya üzvləri bir neçə səsvermə məntəqəsində müşahidə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə