Oktyabrın 10-da Strasburqda Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun iclası keçiriləcək.
SİA AŞPA-nın saytına istinadən xəbər verir ki, iclasın gündəliyinə sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumla bağlı məsələ daxil edilib.
Büroda referendumu izləyəcək AŞPA müşahidəçilərinin ilkin rəyi müzakirə edilərək, təsdiqlənəcək. İclasda həmçinin Belarus, İordaniya, Mərakeş və Gürcüstandakı parlament seçkiləri ilə bağlı müzakirələr aparılacaq, Azərbaycan, Albaniya, Gürcüstan və Makedoniyanın Avropa İnsan Haqları Məhkəməsinə hakimlərinin seçkisi olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB