Konstitusiya islahatları zamanın tələbidir (YENİLƏNİB) FOTOLAR

Konstitusiya islahatları zamanın tələbidir (YENİLƏNİB) FOTOLAR

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Göyçay rayon şöbəsi seçicilərlə növbəti görüşünü keçirib. SİA-nın xəbərinə görə, Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatında keçirilən görüşdə YAP Göyçay rayon təşkilatınının sədri Sahib Şükürov, millət vəkilləri Elman Nəsirov, Sabir Hacıyev və digərləri iştirak ediblər.

Görüşdə ilk çıxış edən YAP Göyçay rayon təşkilatınının sədri Sahib Şükürov ümumxalq müzakirəsinə çıxarılan Referendum Aktında nəzərdə tutulan əlavə və dəyişikliklər barədə məlumat verərək bildirib ki, Azərbaycanda sözün əsl mənasında hüquqi dövlətin yaradılmasına və vətəndaş cəmiyyətinin formalaşdırılmasına istiqamətlənən Konstitusiya dəyişiklikləri dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, ölkəmizdə insan hüquqlarının və azadlıqlarının daha da genişləndirilməsinə xidmət edəcək.

Milli Məclisin deputatı Elman Nəsirov çıxış edərək Göyçay seçicilərini seçki məntəqələrinə dəvət edərək, hər kəsi tərəqqi və inkişafa səs verməyə çağırıb.Təklif olunan əlavə və dəyişikliklərin sosial-iqtisadi əhəmiyyətinə toxunan deputat bildirib ki, bu dəyişikliklər Konstitusiyamızı daha da zənginləşdirməklə yanaşı, ölkədə insan hüquqları və azadlıqlarının daha da artırılmasına, dövlət hakimiyyətinin tarazlaşdırılmasına, idarəetmədə balans sistemininin yaradılmasına, habelə ictimai mənafelər baxımından torpaq mülkiyyətindən daha da səmərəli istifadə olunmasına şərait yaradacaqdır. Əsas qanunumuza ediləcək bu mütərəqqi dəyişikliklərin ölkədə dövlət-cəmiyyət-şəxs arasındakı münasibətəri keyfiyyətcə yeni mərhələyə daşıyacağını xüsusi qeyd edən natiq hər kəsi bu mütərəqqi islahatları dəstəkləməyə və səsvermədə fəal iştirak etməyə dəvət etdi.

Çıxış edən millət vəkili Sabir Hacıyev qeyd edib ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər daha dinamik inkişafı hədəfləyir və zamanın tələbidir: "İnanıram ki, bütün siyasi proseslərdə öncül sıranı tutan Göyçay seçiciləri bu dəfə də Azərbaycan dövlətinin güclənməsinə, daha effektiv idarəçiliyin formalaşdırılmasına, insan hüquq və azadlıqlarının daha da genişləndirilməsinə, bir sözlə, referenduma çıxarılan əlavə və dəyişikliklərin lehinə səs verəcək. Bütün seçiciləri sentyabrın 26-da keçirilən referendumda aktiv iştirak etməyə çağırıram".

Çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun üzvü, Göyçay rayon H.Əliyev Mərkəzinin Direktoru Zenfira Əliyeva Azərbaycanda son illərdə müşahidə olunan dinamik inkişafından danışıb. O, Kontitusiyamıza müvafiq dəyişikliklərin edilməsini və milli qanunvericilik bazasının daha da təkmilləşdirilməsini zəruri olduğunu bildirib.

Beyləqan rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Konstitusiyasında ediləcək əlavə və dəyişikliklərlə əlaqədar Beyləqan rayonunda 2 saylı tam orta məktəbin akt zalında 200 nəfərdən ibarət yığıncağı keçirilib.

Yığıncağı Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon təşkilatının sədri Rəfail Pəsiyev açaraq Referendum aktında ediləcək əlavə və dəyişikliklər barədə ətraflı məlumat verib.

Yığıncaqda çıxış edənlərdən Pəsiyev Rəfail Şamxal oğlu, Rüstəmova Xuraman Müzəffər qızı və Aslanova Züleyxa Aslan qızı da Ümumxalq səsverməsində fəal iştirak etməklə güclü, hüquqi bazaya malik olan Azərbaycanımızın daha da qüdrətlənməsinə səs verəcəklərini bildiriblər.

Yığıncaqda da Beyləqan rayonunun millət vəkili Şahin İsmayılov seçicilərə Referendumla əlaqədar geniş və ətraflı məlumat verib. O bildirib ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər dövlətimizin və dövlətçiliyimizin inkişafında mühüm əhəmiyyət kəsb edir.

Daha sorna çıxış edən seçicilər Referendum Aktının əhəmiyyətini vurğulayaraq, səsvermə günü layihəyə "HƏ" deyəcəklərini bildiriblər.

Sumqayıt şəhəri

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Sumqayıt şəhərində seçicilərlə görüş keçirib. Görüşdə çıxış edən Yeni Azərbaycan Sumqayıt şəhər təşkilatının və "Yeni Azərbaycan" təşviqat qrupunun Sumqayıt şəhər şöbəsinin sədri Asif İmaməliyev təklif edilən əlavə və dəyişikliklərlə bağlı geniş məlumat verib. A.İməliyev bildirib ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər daha dinamik inkışafı hədəfləyir və zamanın tələbidir: "İnanıram ki, bütün siyasi proseslərdə öncül sıranı tutan Sumqayıt seçiciləri bu dəfə də Azərbaycan dövlətinin güclənməsinə, daha effektiv idarəçiliyi formalaşdırılmasına, insan hüquq və azadlıqlarının daha da genişləndirilməsinə, bir sözlə referenduma çıxarılan əlavə və dəyişikliklərin lehinə səs verəcək. Bütün seçiciləri sentyabrın 26-da keçirilən referendumda aktiv iştirak etməyə çağırıram".

Tədbirdə çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun vəkili, millət vəkili Mirzəcan Xəlilov bildirib ki, Konstitusiyaya nəzərdə tutalan əlavə və dəyişikliklərin hər birini təhlil etdikdə əsas olaraq yalnız xalqın maraqlarının və dövlətin inkişafının əsas götürüldüyü meydana çıxır. Referendum Aktında öz əksini tapmış əlavə və dəyişikliklər Azərbaycanın müasir inkişaf dinamikası, modernləşmə strategiyasının tələbləri ilə ayaqlaşaraq, ölkənin siyasi, sosial-iqtisadi inkişafının mahiyyətindən doğur.

Çıxış edən millət vəkili Tahir Mirkişili də əlavə və dəyişikliklə bağlı məlumat verib və ümumilikdə bütün dəyişikliklərin xalqımızın həyatında önəmli yer tutacağını dilə gətirib. Onun sözlərinə görə, bu əlavə və dəyişikliklərin istər bələdiyyələrin gələcək fəaliyyətində, istər məhkəmə-hüquq sisteminin inkişafında, istərsə də, insan hüquq və azadlıqlarının qorunması istiqamətində gedən prosesdə böyük əhəmiyyət kəsb edəcək.

Tədbirdə çıxış edən millət vəkili Muxtar Babayev görüşdə iştirak edən seçiciləri referendumda fəal iştiraka səsləyib. O bildirib ki, sözügedən əlavə və dəyişikliklərdə nəzərdə tutulan yeni maddələr ölkəmizdə daha da effektiv, çevik idarəolunmanı şərtləndirəcək.

Çıxış edən seçicilər referendumda iştirak edəcəklərini, irəli sürülən əlavə və dəyişiklikləri dəstəklədiklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə