Siyəzəndə təbliğat-təşviqat kampaniyası uğurla davam edir

Siyəzəndə təbliğat-təşviqat kampaniyası uğurla davam edir

"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu Siyəzən rayonunda təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib.

SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının sədri, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Siyəzən rayon şöbəsinin rəhbəri Etibar Heydərov Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə bağlı ətraflı məlumat verib.

Qeyd edib ki, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ölkəmizin siyasi həyatına, idarəetmə orqanlarının fəaliyyətinə mühüm töhfələr verməsi baxımından zəruridir: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır", deyən Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin əsas meyarı Azərbaycan vətəndaşlarının maraqları, mənafeyi, ölkəmizin dünya miqyasında qüdrətlənməsi, sürətli tərəqqisidir".

Sonra "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev çıxış edərək bildirib ki, dövlət idarəçiliyinin daha səmərəli və keyfiyyətli fəaliyyətinin təminatına yönələn Konstitusiya dəyişiklikləri dünyanın ən müasir, modern tələblərini özündə ehtiva edir. Azərbaycanın sürətli inkişafına, xalqın daha firavan həyatına hədəflənib. Səlahiyyətli nümayəndə əmin olduğunu bildirib ki, siyəzənli seçicilər sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində Konstitusiyaya təklif edilən əlavə və dəyişiklikləri dəstəkləyəcək, məntəqələrə gələrək referendum aktına "HƏ" deyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə