XİN: "Ermənistanın təxribatları danışıqlar prosesini pozmaq məqsədi daşıyır"
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. SİA-ya XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə həmsədrlər İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andrio (Fransa) ilə yanaşı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndə Anjey Kasprşik də iştirak edib.
Görüşdə sülh prosesinin sürətləndirilməsi və danışıqlarda əsaslı nəticələrin əldə olunması ətrafında müzakirələr aparılıb.
E. Məmmədyarov Ermənistanın son təxribat əməllərinin, o cümlədən Azərbaycanın işğal olunmuş Ağdam rayonunda həyata keçirdiyi canlı atəş hazırlığı məşq və təlimlərinin danışıqlar prosesini pozmaq məqsədi daşıdığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB