Boliviya prezidentindən BMT-də qalmaqallı çıxış “ABŞ riyakardır!”

Morales: "Vaşinqton Rusiya ilə razılaşmanı pozur"
Boliviya prezidentindən BMT-də qalmaqallı çıxış “ABŞ riyakardır!”

Boliviya prezudenti Evo Morales ABŞ-ın Suriyanın Dəyr-əz-Zor yaşayış məntəqəsində sərgilədiyi hərbi mövqeyini sərt şəkildə tənqid edib. O, amerikalıları riyakar adlandıraraq deyib ki, ABŞ Rusiya ilə razılaşma əldə etdikdən sonra Suriya hərbçilərinə havadan zərbə endirib və bununla razılaşmanı pozub. SİA xəbər verir ki, bu barədə Suriyanın rəsmi sana.sy agentliyi yazır.

"Biz təəssüf hissi keçiririk ki, ABŞ və onun timsalında olan ölkələrin hökumətləri suriyalı hərbçilərin mövqelərini bombardman edirlər. Xüsusilə, onlarla suriyalı əsgərin öldürülməsi və yaralanması ilə başa çatan sonuncu bombardman olayı bizi çox sarsıtdı. Bu, ABŞ-ın Suriyada sülhün bərqərar olması istiqamətində, eləcə də Moskva ilə Vaşinqton arasında əldə olunmuş razılaşmalarda sərgilədiyi növbəti ikiüzlü siyasətinin nəticəsidir"-deyə Morales Nyu-Yorkda BMT-nin baş assambleyasındakı çıxışında bildirib.

Boliviya prezidenti eyni zamanda BMT-dən dərhal Fələstinin dövlət kimi tanınmasnı tələb edib və fələstin xalqına qarşı törədilənlərin dayandırılması istiqamətində konkret addımların atılmasını istəyib. Morales İsrail hökumətinə də ittihamlarını yağdırıb və onları "sionist", "işğaçlı" adlandıraraq, ABŞ-la əlbir olmaqda günahlandırıb. Boliviyalı prezidnet baş verənləri "müasir dünyanın vəhşiliyi" adlandırıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə