Kristine Mkrtçyan: “Namizədlərin oğurlanması, döyülməsi hakimiyyətin köhnə metodudur” SEÇKİLƏR
Ermənistanın müxalifətyönlü "QALA" partiyasının funksioneri Kristine Mkrtçyan meriyaya olan seçkilərlə bağlı bildirib ki, bu ölkədəki bütün seçkilərdə namizədlərin həyatı təhlükədə olur. "Məsələn, Eçmiədzində baş vermiş hadisə siyasi faktorların olmasından xəbər verir", - deyə qeyd edən partiya təmsilçisi həmçinin qeyd edib ki, baş verənlər çərçivəsində Ermənistan irəliyə gedə bilmir: "Nəinki seçki prosesində, eləcə də seçkiöncəsi ərəfədə biz irəliyə doğru deyil, geriyə doğru addım atmış oluruq. Namizədin oğurlanması, döyülməsi – bütün bunlar hakimiyyətin köhnə metodudur".
Xatırladaq ki, Ermənistanda meriya seçkiləri ərəfəsində Eçmiədzin şəhərində namizədlərə qarşı silahlı hücum olub və bir nəfər müxalifətyönlü namizəd oğurlanaraq döyülüb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB