Türkiyə Azərbaycan münasibətləri qürur duyacağımız bir nöqtədədir
Azərbaycan-Türkiyə münasibətləri qürur duyacağımız bir nöqtədədir. SİA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Mətbuat Şurasında keçirilən vida görüşündə deyib. O bildirib ki, iki ölkə, xalqlarımız arasında böyük sevgi var: "Bu, sahib olduğumuz ən böyük sərmayədir və onun dəyərini bilməliyik. Münasibətlərimizə zərər verəcək hallara qarşı daha ayıq olmalıyıq".
Diplomat əlavə edib ki, Türkiyə Azərbaycanın maraqlarının əksinə heç vaxt addım atmaz: "Fərqli düşüncə ola bilər, amma sonunda hər iki ölkənin baxışları üst-üstə düşür. Türkiyədə Azərbaycanın, Azərbaycanda Türkiyənin daha yaxşı tanınması hədəfindən əsla vaz keçməli deyilik".
Səfir vurğulayıb ki, səmimiyyət ən önəmli gücümüzdür: "İkincisi isə güvəndir. Mən Azərbaycana, onun yoluna, Türkiyəyə yönəlik səmimiyyətinə çox güvənirəm".
Sonda diplomat Azərbaycandan ayrılmağın çətin olduğunu deyərək, hər kəsə təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB