Filippin prezidentindən Avropa İttifaqına ORTA BARMAQ NÜMAYİŞİ -FOTO

Filippin prezidentindən Avropa İttifaqına ORTA BARMAQ NÜMAYİŞİ -FOTO

Filippin prezidenti Rodriqo Duterte Avropa İttifaqının onun ölkəsində narkotik ticarəti ilə mübarizənin aşağı səviyyədə aparılması ilə bağlı tənqidinə özünəməxsus şəkildə reaksiya verib. Tərəfdarları arasında ənənəvi çıxışı zamanı məsələyə münasibət bildirən filippinli prezident təhqiredici fikirlərinin ardınca deyib: "Mən Avropa İttifaqının bizə ünvanlanan bəyanatını oxudum və in dideyirəm: sürüşün burdan".

O, Aİ-ni ikiüzlülükdə və riyakarlıqda qınayıb və deyib ki, avropalılar dönüb geriyə, öz tarixlərinə baxsınlar və Yaxın Şərqi, Asiyanı necə işğal etdiklərini yada salsınlar.

Rodriqo Duterte daha sonra Avropa İttifaqına təhqir mənasını daşıyan orta barmağını göstərməyi də unutmayıb.

Xatırladaq ki, Filippinin dövlət başçısı bir müddət əvvəl ABŞ-ın prezidenti Barak Obamaya qarşı da təhqiredici fikir söyləyərək, Amerikanın dövlət başçısının anasına həqarət ünvanlamışdı. Daha sonra o Barak Obamadan buna görə üzr istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə