Daşkəsənlilərin seçimi: "Həmrəy olaq, "HƏ" deyək" FOTOLAR - SƏS TV

Daşkəsənlilərin seçimi: "Həmrəy olaq, "HƏ" deyək" FOTOLAR - SƏS TV

Daşkəsəndə 26 sentyabr 2016-cı il tarixinə təyin edilmiş ümumxalq səsverməsində referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun təbliğat-təşviqat kampaniyası uğurla davam edir. SİA-nın xəbərinə görə, kampaniya çərçivəsində bu gün rayonda 5 min rayon sakininin iştirak etdiyi möhtəşəm mitinq-konsert keçirilib. Azərbaycan Respublikasının üçrəngli bayrağı və partiyamızın bayraqları ilə bəzədilmiş meydanda seçicilər böyük coşqu və yüksək əhval-ruhiyyə ilə iştirak ediblər.

Heydər Əliyev Mərkəzinin qarşısından yüzlərlə gənc – "Yaşasın Müstəqil Azərbaycan!" , "Həmrəy olaq – Hə deyək!" şüarlarının sədaları altında konsert-mitinq təşkil olunmuş meydana ürəklərinin hökmü, gənclik eşqi ilə yürüş ediblər.

Konsert-mitinqdə Milli Məclisin deputatı Rövşən Rzayev, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev və "Yeni Azərbaycan" təşviqat qrupunun digər üzvləri iştirak edibər.

Möhtəşəm konset-mitinqi YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev açaraq referendumla əlaqədar rayonda görülən hazırlıq işlərindən danışmış, Konstitusiyaya təklif olunan əlavə dəyişikliklərin zamanın tələbindən irəli gəldiyini vurğulayaraq deyib ki, müstəqillik əldə etdiyimiz bu illər ərzində Azərbaycan əsrlərə bərabər inkişaf yolu keçib. Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatın güzgüsü olan dövlət büdcəmiz dəfələrlə artıb. Azərbaycan dünyanın ən uğurlu dövlətlərindən birinə çevrilib. Ölkə iqtisadiyyatı dəfələrlə artaraq, ölkədə yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə qədər endirilib. Bu gün ölkəmizdə inkişafın Azərbaycan modeli yaranmış, yüksək və dinamik sosial-iqtisadi sıçrayışa nail olunub. Bu isə, öz növbəsində, ölkəmizin beynəlxalq aləmdə imicinin tam formalaşmasına gətirib çıxarmışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən enerji layihələri, iqtisadi-sosial layihələr, siyasi təşəbbüslər ölkəmizin uğurlu inkişafına yönəldilib. Həyata keçirilən infrastruktur layihələrin uğurlu tətbiqi nəticəsində regionların siması dəyişdi. Dövlət başçımızın təşəbbüsü ilə "Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı" qəbul edilmişdir. Bu gün Azərbaycan iqtisadiyyatının çoxşaxəli iqtisadiyyat kimi inkişafı məhz bu proqramların hesabına mümkün olmuşdur. Hazırda regionlarda gedən canlanma, inkişaf, abadlıq, quruculuq işləri göz oxşayır. Biz bu referendumda konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərə səs verməklə Şərqə günəş kimi doğan, xoş gələcəyi olan qüdrəli və zəngin Azərbaycana, ərazi bötüvlüyümüzə, iqtisadi tərəqqiyə və müasirləşməyə, demokratik və sürətli inkişafa, hər bir vətəndaşın sosial qayğısının yaxşılaşdırılmasına, ədalətli cəmiyyətə, gözəl gələcəyə, Azərbaycanın yeni uğurlarına səs vermiş oluruq. Daşkəsənlilər həmişə olduğu kimi, bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha da sıx birləşiblər. Bu birliyə, mütəşəkkilliyə eşq olsun!

Konsert-mitinqin iştirakçıları coşqu ilə - "Həmrəy olaq, "HƏ" deyək!" şüarını səsləndiriblər

Meydanəli Yolçuyev bir daha Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərin ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə, ölkə əhalisinin maddi rifah halının yaxşılaşmasına, ölkənin sürətli inkişafına gətirib çıxaracağını bildirərək, seçki günü seçiciləri seçki məntəqələrinə gəlib referendumda fəal iştirak etməyə dəvət edib.

Millət vəkili Rövşən Rzayev Azərbaycanın demokratik prinsiplər əsasında inkişafı və bu istiqamətdə dövlət tərəfindən yürüdülən siyasətə nəzər salıb, müasir dövrün çağırışlarına cavab olaraq, Azərbaycanın müstəqillik atributlarından olan konstitusiyada ediləcək əlavə və dəyişikliklərin zəruriliyini vurğulayıb. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət təkcə tarixə çevrilmiş nailiyyətlərimizin deyil, həm də gələcək uğurların həlledici əsasıdır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən ölkə başçısının hər addımı Azərbaycanın işıqlı gələcəyinə doğrudur. Ölkədə sabitlik, əmin-amanlıq, dinclik, insanların təhlükəsizliyi təmin edilib. Bütün bu reallıqlar Prezident cənab İlham Əliyevin gərgin fəaliyyətinin nailiyyətləridir və gerçəklik ölkə başçısına ümumxalq etimadını əhəmiyyətli dərəcədə gücləndirib.

Millət vəkili bu dəyişikliklər hazırlanan zaman qabaqcıl ölkələrin təcrübəsinin nəzərdən keçirildiyini bildirib. O qeyd edib ki, ölkə başçısının müvafiq Sərəncamına əsasən, konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərin xalqımızın gələcəyi üçün zəruri olduğunu hər kəs çox yaxşı dərk edir: "Çünki əsas niyyət milli, dövlət maraqlarının qorunması və reallaşması üçün müasir iqtisadi və siyasi mexanizmlərin təmin edilməsidir. İlk növbədə ölkəmizdə ictimai-siyasi sabitliyin, təhlükəsizliyin, davamlı inkişafın, vətəndaş həmrəyliyinin, xalq-iqtidar birliyinin möhkəmləndirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dərinləşdirilməsi, dövlət idarəçiliyi sisteminin daha da təkmilləşdirilməsi mənafeyinə xidmət göstərir, dövlətin bu sahədə məsuliyyətini və fəaliyyət istiqamətlərini konkretləşdirir".

Rövşən Rzayev Daşkəsən rayon seçicilərinin hər zaman fəal olduğunu və növbəti referendumda da fəallıq göstərəcəklərinə əminliyini ifadə edib.

Sonra YAP Daşkəsən rayon təşkilatının sədrinin müavini Müşviq Hüseynov, Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam məktəbin direktoru Aybəniz Vəliyeva, İ.Nəsimi adına 1 saylı tam məktəbin direktoru Üfət Abdiyeva və digər çıxış edənlər də ölkəmizdə aparılan çox uğurlu daxili və xarici siyasətdən, dinamik inkişafdan və böyük islahatlardan danışmış, Konstitusiyamızda ediləcək əlavə və dəyişikliklərin zamanın tələbindən irəli gəldiyini və ölkəmiz üçün vacib olduğunu vurğulayıblar. Rəhbərlik etdikləri kollektivlərlə və öz yaxınları ilə birlikdə 26 sentyabr 2016-cı il tarixə təyin edilmiş ümumxalq səsverməsində (Referendumda) Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərə "HƏ" deyəcəklərini söyləyiblər.

Bütün seçicilər yüksək səviyyədə həmrəylik nümayiş etdirərək, 26 sentyabr 2016-cı il tarixində seçki məntəqələrinə gələcəklərini, konstitusiyamızda edilən əlavə və dəyişikliklərə öz müsbət münasibətlərini bildirərək, "HƏ" deyəcəklərini bildiriblər!

Bütün xəbərlər Facebook səhifəmizdə