Cəbrail Fərzəliyev: “Azərbaycanın mütərəqqi inkişafına “HƏ” deyəcəyik”

Cəbrail Fərzəliyev: “Azərbaycanın mütərəqqi inkişafına “HƏ” deyəcəyik”

"Demokratik hüquqi dövlətin qurluşunun, inkişafının əsas prinsipləri məhz Konstitusiyada təsbit olunur. Konsti­tu­si­ya­mız öz fun­da­men­tal ma­hiy­yə­ti­nə gö­rə döv­lət ida­rə­et­mə me­xa­nizmlə­ri ilə cə­miy­yət ara­sın­da­kı mü­na­si­bət­lə­ri mü­əy­yən edən baş­lı­ca hü­qu­qi ba­za­dır". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) fəalı Cəbrail Fərzəliyev sentyabrın 26-da keçiriləcək Referendum – ümumxalq seçkiləri ilə bağlı münasibətini bildirərkən deyib.

"Döv­lə­tin da­ya­ğı­nı təş­kil edən hü­qu­qi sis­tem­lə so­si­al sis­te­min qar­şı­lıq­lı har­mo­nik mü­na­si­bət­lə­ri­nin tə­min edil­mə­si Konsti­tu­si­ya­nın və onun təs­bit et­di­yi qa­nun­la­rın iş­lək­li­yin­dən, da­im tək­mil­lə­şən funksi­o­nal­lı­ğın­dan əhə­miy­yət­li də­rə­cə­də ası­lı­dır"-deyə qeyd edən gənc fəal bildirib ki, artıq, müasir in­ki­şaf ten­den­si­ya­sı ilə ayaq­laş­ma­yan bir sıra qa­nun­ve­ri­ci­lik aktla­rı çox­şa­xə­li mü­na­si­bət­lə­ri sə­mə­rə­li şə­kil­də təmin edə bil­mir: "Müasir dünyada baş verən modernləşmə də məhz bu amili ehtiva edir. Bu baxımdan, adek­vat hü­qu­qi tən­zim­lə­mə möv­cud ol­ma­dı­ğı hal­da, əl­bət­tə ki, di­na­mik in­ki­şaf­dan, da­vam­lı sa­bit­lik­dən də söh­bət ge­də bil­məz. Öl­kə baş­çı­sı cə­nab İl­ham Əli­ye­vin məhz bu zə­ru­rət­dən çı­xış edə­rək irə­li sür­dü­yü "Azər­bay­can Res­pub­li­ka­sı­nın Konsti­tu­si­ya­sın­da də­yi­şik­lik­lər edil­mə­si haq­qın­da" Azər­bay­can Res­pub­li­ka­sı­nın Re­fe­ren­dum Ak­tı la­yi­hə­si ma­hiy­yət­cə ye­ni in­ki­şaf mər­hə­lə­si­nə qə­dəm qoy­muş döv­lə­ti­mi­zin ye­ni si­ya­si, iq­ti­sa­di, so­si­al, hü­qu­qi ger­çək­lik­lər­lə tam uy­ğun­laş­dı­rıl­ma­sı ira­də­si­ni nü­ma­yiş et­di­rir".

Cəbrail Fərzəliyev həmçinin qeyd edib ki, la­yi­hə Azər­bay­can­da döv­lət qu­ru­cu­lu­ğu­nun ye­ni mər­hə­lə­sin­də öl­kə­mi­zin ye­ni in­ki­şaf fəl­sə­fə­si­nin ma­hiy­yə­ti­ni özün­də eh­ti­va edir: "Əmin­lik­lə söy­lə­mək olar ki, za­ma­nın tə­lə­bi və xal­qın ira­də­si­ni əks et­di­rən si­ya­si ha­ki­miy­yə­tin tə­şəb­bü­sü ilə Azər­bay­can Res­pub­li­ka­sı Konsti­tu­si­ya­sı­nın ye­ni­ləş­mə­si öl­kə­mi­zin si­ya­si-iq­ti­sa­di, so­si­al-mə­də­ni in­ki­şa­fın­da ye­ni sə­hi­fə aça­caq­dır. Mil­li yük­sə­liş, si­ya­si sa­bit­lik və da­vam­lı in­ki­şaf na­mi­nə sö­zü­ge­dən re­fe­ren­dum­da iş­ti­rak et­mək və tək­lif olu­nan əla­və və də­yi­şik­lik­lə­ri dəs­tək­lə­mək isə hər bi­ri­mi­zin, xüsusilə də gənc nəslin və­tən­daş­lıq bor­cu­dur. Biz də gənc nəslin nümayəndələri olaraq səsvermə günü öz fəallığımızla Azərbaycanın daha mütərəqqi inkişafına "HƏ" deyəcəyik".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə