Konstitusiyaya əlavə və dəyişikliklər zərurətdən irəli gəlir FOTOLAR

Konstitusiyaya əlavə və dəyişikliklər zərurətdən irəli gəlir FOTOLAR

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Şabran rayonunda qadınlarla görüş keçirib. SİA-nın xəbərinə görə, Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatında baş tutan görüşdə 120 nəfər iştirak edib.

Görüşdə Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, millət vəkili Tahir Süleymanov çıxış edib.

Tədbiri giriş sözü ilə açan YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov qonaqları salamlayaraq Konstitusiyada ediləcək əlavə və dəyişikliklərin zəruriliyini vurğulayıb: "Təklif olunan dəyişikliklər gələcəyimiz üçün önəmlidir. Ona görə də Şabran rayon seçiciləri bütün seçkilərdə olduğu kimi budəfəki seçkilərdə də fəal olub, öz gələcəyi naminə səs verməlidirlər".

Daha sonra çıxış edən millət vəkili Tahir Süleymanov söyləyib ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin atdığı hər addım Azərbaycanın və xalqımızın uğurlu gələcəyinə istiqamətlənib: "Konstitusiyaya təklif edilən əlavə və dəyişikləri nəzərdən keçirdikdə görürük ki, orada nəzərdə tutulan bütün müddəalar dövlətimizin, eləcə də xalqımızın daha yaxşı və firavan yaşamasını təmin etmək üçün səsverməyə çıxarılıb. Biz bu səsvermədə gələcək müqəddəratımızı həll edəcəyik. Ona görə də sentyabrın 26-da keçiriləcək seçkilərdə xalqımızı daha aktiv olmağa səsləyirəm".

Daha sonra çıxış edən seçicilər Referendum Aktını dəsətəklədiklkərini bildiriblər.

Zaqatala rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Zaqatala rayon şöbəsi Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı təbliğat-təşviqat kampanyası çərçivəsində növbəti görüşü rayonun Aşağı Çardaxlar kəndində keçirib. Aşağı Çardaxlar kənd idman meydançasında keçirilən görüşdə 200 nəfər kənd sakini - seçicilər, Azərbaycan Respublikasının Milli Məclisin deputatları Yaqub Mahmudov, Kamilə Əliyeva, Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatınını sədri Habil Qurbanov, aparat rəhbəri Ramin Həsənov, Zaqatala şəhər bələdiyyəsinin sədri Nurəli Əhmədov iştirak ediblər.

Görüşü giriş sözü ilə YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov açaraq keçiriləcək referendumla bağlı fəal təbliğat işlərin aparıldığını bildirib. "Yeni Azərbaycan" təşviqat qrupunun "Həmrəy olaq, "HƏ" deyək"şüarı ilə təbliğat kampanyasına start verdiyini bildirən Habil Qurbanov Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlərin ölkəmizin gələcək inkişafında mühüm rol oynayacağını qeyd edib.

Daha sonra çıxış edən Milli Məclisin deputatları Yaqub Mahmudov, Kamilə Əliyeva bildiriblər ki, dövlət idarəçiliyini daha səmərəli və keyfiyyətli fəaliyyətinin təminatına yönələn Konstitusiya dəyişiklikləri dünyanın ən müasir, modern tələblərini özündə ehtiva edir. Azərbaycanın sürətli inkişafına, xalqın daha firəvan həyatına hədəflənib.

Aşağı Çardaxlar kənd ağsaqqalı Bədirov Məhəmməd və ziyalı qadın Gülafət Əlixanova öz çıxışlarında vurğulayıblar ki, sentyabrın 26-da seçki məntəqələrinə gedərək təklif olunan əlavə və dəyişikliklərə səs verəcəklər.

Balakən rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Balakən rayonunda görüş keçirib. Katex kəndindən olan seçicilərlə görüşdə YAP balakən rayon təşkilatının rəsmiləri, millət vəkili Nəsib Məhəməliyev və digərləri iştirak ediblər.

"Yeni Azərbaycan" təşviqat qrupu Balakən rayon qərargahının sədri Azad Balayev qonaqları salamlayaraq kənd seçicilərinə Konstitusiyaya təklif olunan əlavə və dəyişiklərin əhəmiyyətindən danışıb.

Tədbirdə çıxış edən millət vəkili Nəsib Məhəməliyev ölkə başçısı tərəfindən Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər haqqında məlumat verib. O bildirib ki, Referendum Aktında yer alan bütün müddəlar xalqımızın və ölkəmizin gələcək inkişafına istiqamətlənib: "buütün seçiciləri eləcə də, sizləri sentyabrın 26-da ölkəmizdə keçiriləcək ümumxalq-səsverməsi- referenduma dəvət edirəm".

Görüşdə iştirak edən kənd ağsaqqalı Şərəf Məmmədov, Katex kəndində yaşayan rus dilli əhalini təmsil edən Rəfiqə Xətətiyeva, kənd fəalı Əhma Məmmədov və digər seçicilər konstitusiya islahatlarını dəstəklədiklərini bildiriblər.

Sonda "Yeni Azərbaycan" təşviqat qrupu Balakən rayon qərargahının sədri Azad Balayev bütün seçiciləri dəyişikliklərə "HƏ" deməyə dəvət edib.

Ağcabədi

Sentyabr ayının 21-də "Yeni Azərbaycan" təşviqat qrupunun üzvləri ilə Ağcabədi rayon sakinlərinin izdihamlı görüşü keçirilib. Görüşü "Yeni Azərbaycan" təşviqat qrupu Ağcabədi rayon şöbəsinin sədri Rövşən Əhmədov açaraq 26 sentyabr 2016-cı il tarixdə Konstitusiyaya əlavə dəyişikliklərlə əlaqədar keçiriləcək referendumla əlaqədar məlumat verib.

Görüşdə Milli Məclisin Deputatları Bəxtiyar Əliyev və Tahir Rzayev çıxış edərək Konstitusiyaya edilən əlavə və dəyişikliklər barədə maddələr üzrə ətraflı, müqayisəli təhlil apararaq seçicilərə geniş məlumat veriblər.

Seçicilər adından "Yeni Azərbaycan" təşviqat qrupunun üzvləri Rövşən Bayramov və Radə Qafarova çıxış edərək keçirilən referendumda Ağcabədi saeçicilərinin fəal iştirak edəcəklərini bildiriblər.

Ağdam rayonu

21 sentyabr 2016-cı il tarixdə saat 14:30-da Ağdam rayonu Quzanlı qəsəbəsi Musiqi Kollecində keçiriləcək Referendumla əlaqədar olaraq "Yeni Azərbaycan" təşviqat qrupunun seçicilərlə görüşü keçirilib. Görüşdə Millət Vəkili, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Millət Vəkili Bəxtiyar Əliyev və "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iştirak edib.

Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatı sədrinin vəzifəsini müvəqqəti icra edən Zülfü Qasımov 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumla bağlı seçicilərə ətraflı məlumat verib.

Millət Vəkili, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxış edərək ölkəmizdə keçiriləcək Referendumun Azərbaycanın siyasi həyatında və demokratiyanın inkişafında vacib rol oynadığını seçicilərin diqqətinə çatdıraraq onları 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumda ediləcək əlavə və dəyişikliklərə "Hə" deməyə çağırıb.

Daha sonra Millət Vəkili Bəxtiyar Əliyev və YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumda ediləcək əlavə və dəyişikliklər barədə seçicilərə geniş məlumat veriblər.

Zaqatala rayonu

21 sentyabr 2016-cı il tarixində "Yeni Azərbaycan " referendum üzrə təşviqat qrupunun Zaqatala rayon şöbəsi Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı təbliğat-təşviqat kampanyası çərçivəsində ilk dəfə səsə verəcək seçicilərlə görüş keçirib.

Zaqatala şəhərində Koperativlər Cəmiyyətinin klubunda baş tutan görüşdə 200 nəfərə yaxın ilk dəfə səs verəcək seçicilər və Azərbaycan Respublikasının Milli Məclisin deputatları Yaqub Mahmudov, Kamilə Əliyeva, Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatınını sədri Habil Qurbanov, YAP Zaqatala rayon təşkilatının Gənclər Birliyinini sədri Ramin Həsənov iştirak edib .

"Yeni Azərbaycan" təşviqat qrupunun Zaqatala rayon şöbəsinin sədri Habil Qurbanov sentyabrın 26-da ölkəmizdə keçiriləcək referendumda Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlərin zərurətdən meydana gəldiyini vurğulayıb. Habil Qurbanov bildirib ki, bu gün Azərbaycan dövləti inkişaf edir, müasir dünyaya inteqrasiya olunur. İnsanların hüquq və azadlığının daha geniş mənada qorunması üçün də sözü gedən dəyişikliklərə ehtiyac duyulur. Referendun Aktı layihəsində öz əksini tapan əlavə və dəyişikliklərin Azərbaycan dövlətinin inkişafına, müstəqilliyimizin möhkəmlənməsinə xidmət edəcəyi labüddür.

Çıxış edən YAP Zaqatala rayon təşkilatının Gənclər Birliyinin sədri Ramin Həsənov bildirdi ki, cənab Prezident İlahm Əliyev gənclərə daim diqqət və qayğı ilə yanaşmışdır. Əminəm ki, rayonumuzun ilk dəfə səs verəcək gəncləri də ölkəmizdə gedən inkişafı, tərəqqini düzgün dəyərləndirəcək , referendumda aktivlik nümayiş etdirərək təklif olunan layihınin lehinə səs verəcəklər.

Daha sonra çıxış edən Milli Məclisin deputatları Yaqub Mahmudov, Kamilə Əliyeva bildiriblər ki, kons titusiyaya təklif olunan əlavə və dəyişikliklər ümumi inkişaf proqramının daha çevik, daha effektli şəkildə həyata keçirilməsinə imkan verəcək. Həyata keçirilən islahatların əsasında ölkə vətəndaşlarının rahat və firəvan yaşayışını təmin olunması məqsədi dayanır.

Görüşdə fəal gənclər çıxış edərək, ümumxalq səsverməsində yaxından iştirak edəcəklərini və bu dəyişikliklərə birmənalı olaraq "Hə" deyəcəklərini bildiriblər.

SURAXANI

26 sentyabr 2016-cı il tarixində keçiriləcək Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Suraxanı rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Əmircan, Bülbülə və Yeni Suraxanı seçicilərilə görüş keçirib.

Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov referenduma çıxarılan dəyişikliklərlə bağlı seçicilərə ətraflı məlumat verib. Rayon təşkilat sədri Referendum Aktının ayrı-ayrı maddələrinin qəbul olunması zərurətindən, yeni maddələrin ölkənin idarəçiliyində vacibliyindən söz açıb:" Azərbaycan Respublikasının Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərin əks olunduğu Referendum Aktı hazırkı dünya siyasətində baş verən hadisələr fonunda ölkəmizin əmin-amanlığının və sabitliyinin daha da möhkəmlənməsinə Azərbaycanın bir dövlət kimi iqtisadi cəhətdən daha da qüdrətlənməsinə təkan verəcək. Əminliklə söyləmək olar ki, təklif olunan əlavə və dəyişikliklər hüquqlarımızın etibarlı təminatçısı olacaq, idarəetmə sisteminin daha da təkmilləşməsinə mühüm töhfələrini verəcək".

V.Seyidov ölkə üçün mühüm əhəmiyyət kəsb edən Referendumun keçirilməsində hər bir vətəndaşın yaxından iştirak etməsinin, vətəndaş mövqeyi nümayiş etdirməyin zəruriliyini vurğulayıb, seçicilərin növbəti referendumda da fəal iştirak etmələrinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Ağacan Abıyev bildirib ki, bu gün Azərbaycan yüksək inkişaf dinamikasına malik güclü dövlətdir. Həyata keçirilən hərtərəfli düşünülmüş, məqsədyönlü siyasət sayəsində Azərbaycan iqtisadiyyatı

dünyada gedən proseslərdən asılı olmayaraq müstəqil şəkildə inkişaf edir:"İqtisadiyyatda əldə olunan nailiyyətlər isə təbii olaraq əhalinin gəlirlərinin artması, sosial, mədəni, idman və digər sferalarda yüksək tərəqqi formasında özünü büruzə verir. Ümummilli Liderin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Cənab İlham Əliyevin rəhbərliyi altında respublikamız sosial-iqtisadi inkişafın bütün göstəriciləri üzrə irəliləyişə nail olub. Azərbaycanın uğurlu inkişafı ölkəmizdə insanların hüquq və azadlıqlarının müdafiəsi sahəsində də əsaslı irəliləyişlərlə müşayiət olunur".

Millət vəkili Suraxanı sakinlərini seçkilərdə fəal iştirak etməyə, xalqımızın xoşbəxt gələcəyi naminə konstitusiyaya ediləcək əlavə və dəyişikliklər "Hə" deməyə çağırıb.

Hüquqşünas Loğman Abdullayev və Beynəlxalq dərəcəli hakim Hicran Şərifov bildirib ki, konstitusiyaya ediləcək əlavə və dəyişikliklər zamanın tələbi olmaqla yanaşı, əhalinin rifah halının yüksəldilməsinə yönələn mütərəqqi addımdır. Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ölkəmizdə əmin-amanlığın və sabitliyin daha da möhkəmlənməsinə, Azərbaycanın bir dövlət kimi iqtisadi cəhətdən daha da qüdrətlənməsinə təkan verəcək mühüm bir sənəddir. Bütövlükdə, dəyişikliklər Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ölkənin sosial-iqtisadi və hüquqi islahatlar nəticəsində nail olduğu uğurların möhkəmləndirilməsi, hüquq normalarının, bilavasitə, Əsas Qanunda təsbit edilməklə onlara əməl olunmasının hüquqi əsaslarının gücləndirilməsi məqsədini güdür. Qeyd olunub ki, Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlətdir. Müasir Azərbaycan Konstitusiyasında islahatlarında ölkəmizdə insan hüquqlarının konstitusion əsasları daha da möhkəmləndirilir.

Görüşdə iştirak edən seçicilərdənMəşkur Mirzəyev, Paşa Baxşəliyev və başqaları çıxış edərək, referendumda fəallıq göstərəcəklərini bildiriblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti son illər çox böyük uğurlar qazanıb, ölkəmizin iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. Xalqımızın rifah halı yüksəlib, ölkəmizin beynəlxalq səviyyədə nüfüzu durmadan artır. Bütün bu nailiyyətlər hər bir azərbaycanlıda qürur hissi doğurur.

Qobustan

Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Qobustan rayon şöbəsi seçicilərlə görüş keçirib. Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının və Referendum üzrə " Yeni Azərbaycan " Təşviqat Qrupunun Qobustan rayon şöbəsinin sədri Füzuli Gülaliyev bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə, idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət edir. O, əminliklə bildirdi ki, təklif olunan əlavə və dəyişikliklər hüquqların etibarlı təminatçısı olacaq, idarəetmə sisteminin daha da təkmilləşməsinə mühüm töhfələr verəcək".

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, hüquq elmlər doktoru - professor İsaxan Vəliyev çıxış edərək konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin xalqımızın rifahı, mənafeyi, hüquq və azadlıqlarının daha da möhkəmləndirilməsinə xidmət etdiyini söyləyib.

Milli Məclisin deputatı Vüsal Hüseynov isə çıxışı zamanı Konstitusiya İslahatlarının cəmiyyətin istək və arzusundan irəli gələrək, vətəndaşlarımızın suveren hüququ olduğunu bildirib. Millət vəkili bələdiyyə qulluqçularının vəzifə məsuliyyətlərinin artırılması ilə bağlı təklif edilən əlavəni mühüm addım adlandıraraq, bu islahatın vətəndaşlarımızın daim dövlətin qayğısı ilə əhatə olunmasının bariz nümunəsi olduğunu söyləyib.

Görüşdə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Qobustan rayon şöbəsinin üzvləri İmran Sabirov, Əlifağa Osmanov bildiriblər ki, konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklər Qobustan rayon seçiciləri tərəfindən bəyənilir və dəstəklənir. Çıxış edənlər əminliklə söyləyiblər ki, "Yeni Azərbaycan" Təşviqat Qrupunun Qobustan rayon şöbəsinin gördüyü işlər, düzgün qurulmuş təbliğat və təşviqat işləri sayəsində seçicilər sentyabrın 26-da seçki məntəqələrinə gələrək, Konstitusiya İslahatlarına yekdilliklə səs verəcəklər.

Ağdaş rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Ağdaş rayon şöbəsi 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Seçicilərlə növbəti görüş rayonun Qaradeyin kəndində keçirilib.

Görüşü giriş sözü ilə millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov açaraq bir neçə gün sonra keçiriləcək referendum və onu zəruri edən səbəblər haqqında danışdı, bununla əlaqədar rayonda görülmüş işlər barədə seçicilərə geniş məlumat verib.

Tədbirdə çıxış edən millət vəkili Elman Nəsirov Azərbaycan respublikasının Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklər haqqında seçicilərə ətraflı məlumat verdi. 23 maddəyə dəyişiklik, 6 maddəyə isə əlavələrin edilməsi təklifinin irəli sürüldüyünü qeyd edən millət vəkili həmin maddələrin bir qismini izah edib.

Daha sonra millət vəkili Sabir Hacıyev çıxış edərək Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin zamanın tələbindən irəli gəldiyini və ölkəmizin daha da qüdrətlənməsinə xidmət edəcəyini vurğulayıb.

Görüşdə seçicilər adından çıxış edən Fərhad Vəliyev, Mələk Mustafayeva, Fikrət Hacıyev və Əşgər İsayev qeyd etdilər ki, onlar Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərlə ətraflı tanış olublar və prezident İlham Əliyev tərəfindən olan bu təşəbbüsü yekdilliklə dəstəkləyirlər, 26 sentyabrda ümumxalq səsverməsində yekdilliklə iştirak edəcək, yekdil həmrəylik nümayiş etdirməklə təklif olunan əlavə və dəyişiliklərə mütləq şəkildə "HƏ" deyəcəklər.

Şəmkir rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Şəmkir rayon şöbəsi ilk dəfə səs verəcək gənclərlə görüş keçirib. Görüş Şəmkir rayon Ə.Cavad adına Mədəniyyət Mərkəzində keçirilib.

Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri və "Yeni Azərbaycan" təşviqat qrupunun Şəmkir rayon şöbəsinin sədri Fəxrəddin Vəliyev, "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Sahibə Qafarova, Milli Məclisin deputatı Sona Əliyeva, YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin sədri Emin İsmayılov və ilk dəfə səs verəcək gənclər iştirak ediblər.

Tədbiri giriş nitqi ilə YAP Şəmkir rayon təşkilatının sədri və "Yeni Azərbaycan" təşviqat qrupunun Şəmkir rayon şöbəsinin sədri Fəxrəddin Vəliyev açıb. O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında 26 iyul 2016-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılıb və ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilib. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra milli Konstitusiyanın qəbulu ön plana çəkilib, 1995-ci il mayın 2-də onun sədrliyi ilə dövlət xadimləri və hüquqşünaslar, müxtəlif ictimai-siyasi təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimlərindən ibarət Konstitusiya layihəsini hazırlayan komissiya yaradılıb. Komissiya tərəfindən hazırlanan layihənin cəmiyyətin ən müxtəlif təbəqələrinin iştirakı ilə ümumxalq müzakirəsi aparıldıqdan sonra 12 noyabr 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası (Əsas Qanunu) qəbul edilib və 27 noyabr 1995-ci ildə qüvvəyə minib. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Əsas Qanunumuzun qəbul edilməsi demokratik, hüquqi, dünyəvi dövlət qurulması sahəsində yeni bir mərhələ açdı, dövlət quruçuluğunda, ictimai-siyasi və mədəni həyatda dinamik proseslərə güclü təkan verdi. Dünyada ən demokratik konstitusiyalardan biri olan bu sənəd hakimiyyətin 3 qola bölünməsini təsdiqləməklə dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasına start verdi, insan hüquq və azadlıqlarının prioritetləri prinsiplərini müəyyən etdi. 1996-cı ildə Hüquqi İslahatlar Komissiyası təşkil olundu, yeni qanunvericilik bazasının yaradılması prosesi başlanıldı. Genişmiqyaslı islahatlar beynəlxalq arenada Azərbaycanın nüfuzunun artmasına, Avropa ailəsinə inteqrasiya edilməsi prosesinə öz təsirini göstərdi, Azərbaycan 2001-ci ildə AŞ-nın üzvü oldu. 2002-ci il avqustun 24-də 2009-cu il martın 18-də referendum yolu ilə Konstitusiyada edilən dəyişikliklər Konstitusiyanın bir sıra normalarının təkmilləşdirilməsinə və başlıca olaraq insan hüquq və azadlıqlarının müdafiəsinin genişləndirilməsinə xidmət edir".

F.Vəliyev qeyd edib ki, ötən müddət ərzində Azərbaycanın siyasi, iqtisadi və sosial həyatında baş verən dəyişikliklər, cəmiyyətin ümumi inkişaf səviyyəsinə və təkamül prosesinə uyğun olaraq dövlətin idarəetmə sisteminin əsasını təşkil edən qanunvericilik aktlarına, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsinə zərurət yaradıb: "Bu zərurəti və Azərbaycan cəmiyyətinin istəyini nəzərə alaraq "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin (referendumun) keçirilməsi haqqında" 26 iyul 2016-cı il tarixli qərar qəbul edib. Referendum Aktı layihəsində Azərbaycan Respublikası Konstitusiyasının 23 maddəsinə təklif olunan əlavə və dəyişiklik və 6 maddənin əlavə edilməsi Azərbaycan dövlətinin siyasi əsaslarının möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının və vəzifələrinin dəqiqləşdirilməsinə, ali qanunvericilik və icra hakimiyyəti orqanlarının fəaliyyətinin tənzimlənməsinə xidmət edir".

"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Sahibə Qafarova 26 sentyabrda keçiriləcək referendumda Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər haqqında geniş məlumat verib. S.Qafarova qeyd edib ki, ümumilikdə 29 maddədə əlavə və dəyişikliklər nəzərdə tutulub ki, bunların da hamısı birmənalı olaraq xalqımızın milli maraqlarına uyğun olmaqla yanaşı, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, hüquq və azadlıqların müdafiə olunmasına xidmət edir.

Çıxış edən Milli Məclisin deputat Sona Əliyeva ilk dəfə səs verən gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq qeyd edib ki, Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər tarixi zərurətdən irəli gəlir. O diqqətə çatdırıb ki, 26 sentyabrda keçiriləcək referendumda Konstitusiya ilə bağlı 29 maddə vətəndaşların müzakirəsinə təqdim olunacaq. Onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir. S.Əliyeva qeyd edib ki, irəli sürülən müddəalar birmənalı şəkildə dövlətimizin inkişafına xidmət göstərir.

Geniş məruzə ilə YAP Şəmkir rayon təşkilatının Gənclər Birliyinin sədri Emin İsmayılov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklər öz məzmununa və mahiyyətinə görə aşağıdakı əsas məqsədlərin əldə edilməsinə yönəlib: "Göründüyü kimi, referenduma çıxarılan məsələlər dövlətin və cəmiyyətin ən mühüm sahələrini əhatə edir. Buraya xüsusi mülkiyyətin geri alınması prinsiplərinin dəqiqləşdirilməsinə, insanların fərdi və qrup şəklində hüquqlarının təmin edilməsinə, icra və qanunverici orqanlarının fəaliyyətinin daha səmərəli həyata keçirilməsinin təmin edilməsinə qədər geniş spektr müddəalar daxildir. Bu məsələlər xalqın mövqeyini öyrənmək, dəstəyini almaq üçün ümumxalq səsverməsinə – referenduma çıxarılır. Azərbaycan Konstitusiyasının 152-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasının mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər. Referendum Aktıinsan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təmin olunmasında dövlətin ali hakimiyyət, eyni zamanda, aidiyyatı səlahiyyətli orqanlarının fəaliyyətini tənzimləyən əsas prinsipləri daha da təkmilləşdirəcək, bu sahədə hüquqi normalara konstitusion status verəcək. Bu da son nəticədə ümumi inkişafımıza, qanunlarımızın daha mükəmməl olmasına, insan haqlarının ardıcıl və mükəmməl müdafiəsinə yeni imkanlar açacaq. İnanırıq ki, müdrik Azərbaycan xalqı sentyabrın 26-da "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi barədə" Referendum Aktı layihəsinə müsbət rəyini bildirəcək".

Çıxış edən ilk dəfə səs verəcək gənclərdən Röyal Abdullayev və digərləri sentyabrın 26-da keçiriləcək referendumda hamılıqla fəal iştirak edəcəklərini dilə gətiriblər. Gənclər, həmçinin dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını yüksək dəyərləndiriblər.

Sonda "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Millət Vəkili Sahibə Qafarova gəncləri maraqlandıran bir sıra sualları cavablandırıb.

Bərdə rayonu

26 Sentyabr ümumxalq səsverməsi ilə bağlı Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Bərdə rayonu ‘‘Qəhrəmanlar Parkı’’nda seçicilərlə görüş keçirib. 4000 seçicinin iştirak etdiyi tədbirdə, "Yeni Azərbaycan " təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin Baş redaktoru Bəxtiyar Sadıqov, "Yeni Azərbaycan " təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan " təşviqat qrupunun üzvü, YAP Bərdə Rayon Təşkilatının sədri Fəqət Şadlinskaya iştirak ediblər.

Tədbiri giriş sözü ilə "Yeni Azərbaycan" təşviqat qrupunun üzvü, YAP Bərdə Rayon Təşkilatının sədri Fəqət Şadlinskaya açaraq Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər barədə geniş məlumat verib. "Yeni Azərbaycan" təşviqat qrupunun "Həmrəy olaq, "HƏ" deyək" devizi ilə təbliğat kampaniyasına start verildiyini bildirən F.Şadlinskaya referenduma təqdim olunan əlavə və dəyişikliklər layihəsində qeyd olunan müddəaların ölkəmizin gələcək inkişafında mühüm əhəmiyyətli rola malik olacağını qeyd edib.

Tədbirdə Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin Baş redaktoru ,"Yeni Azərbaycan " təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Bəxtiyar Sadıqov ,YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək Konstitusiyaya təklif olunan Əlavə və dəyişikliklərin mahiyyətini görüş iştirakçılarına izah edib,yeniliklərin cəmiyyətimiz, dövlətimiz və xalqımız üçün əhəmiyyətini vurğulayıblar.

Seçicilərdən Yeni Azərbaycan Partiyasının ilk üzvlərindən biri, partiya fəalı Nizami Quliyev, "Qarabağ Azadlıq Təşkilatı" Bərdə rayon şöbəsinin sədri Gəray Əsədov Bərdə rayon seçicilərini ümumxalq səsverməsində fəal iştirak etməyə və Azərbaycanın daha da inkişafı , ölkəmizdə insan hüquqlarının müdafiəsinin gücləndirilməsi və dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi üçün Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri təsdiq etməyə, seçiciləri 26 sentyabr 2016-cı il tarixində seçki məntəqələrinə gedərək Referendum Aktına səs verməyə çağırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə