Olland: “Azərbaycan və Ermənistan prezidentlərini qəbul etməyə hazıram”

Olland: “Azərbaycan və Ermənistan prezidentlərini qəbul etməyə hazıram”

Fransa prezidenti Fransua Olland Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərini qəbul etməyə hazır olduğunu bəyan edib.

SİA Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ollandın Ermənistanın müstəqilliyinin 25-ci ildönümü ilə bağlı prezident Serj Sarkisyana ünvanladığı məktubda vurğulanıb.

Fransa prezidenti Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli həllinə sadiqliyini bir daha təsdiqləyib:

"Uzun müddətdir davam edən bu münaqişənin həlli ilə bağlı müzakirələr aparmaq üçün Parisdə tərəfləri qəbul etməyə hazıram".

Bütün xəbərlər Facebook səhifəmizdə