Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun üzvləri sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Ucar rayon təşkilatının qərargahında rayonun fəal qadın seçicilərlə görüş keçirib. SİA-nın xəbərinə görə, yığıncağı YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq referendumla əlaqədar rayonda görülən hazırlıq işlərindən danışıb.
"Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndələri, Milli Məclisin deputatları Vüsal Hüseynov və Jalə Əliyeva Konstitusiyada əlavə və dəyişikliklərin edilməsinin zamanın vacib siyasi hadisəsi olduğunu vurğulayaraq seçiciləri sentyabrın 26-da daha fəal olmağa, səsvermə məntəqələrinə gələrək referenduma "HƏ" deməyə dəvət ediblər. Millət vəkilləri əminliklə söyləyiblər ki, ucarlılar həmişə olduğu kimi 26 sentyabrda da fəallıq göstərəcək, bununla da ölkə Prezidentinin ətrafında sıx birləşdiklərini nümayiş etdirəcəklər.
Görüşdə seçicilərdən Yaqut Zeynalova və Səidə Ələkbərova Konstitusiyada edilən dəyişikliklərin respublikamız üçün geniş şərait yaradacağını qeyd edərək qarşıdan gələn ümumxalq səsverməsində yaxından iştirak edəcəklərini və dəyişikliklərə "HƏ" deyəcəklərini bildiriblər.
Qubadlı rayonu
Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Qubadlı rayonundan olan qadın seçicilərlə görüş keçirib.
Görüşdə çıxış edən YAP Qubadlı rayon təşkilatının və "Yeni Azərbaycan" təşviqat qrupunun Qubadlı rayon şöbəsinin sədri Allahverdi Haxverdiyev təklif edilən əlavə və dəyişikliklərlə bağlı geniş məlumat verib. A. Haxverdiyev bildirib ki, Konstitusiyaya nəzərdə tutalan əlavə və dəyişikliklərin hər birini təhlil etdikdə əsas olaraq yalnız xalqın maraqlarının və dövlətin inkişafının əsas götürüldüyü meydana çıxır. Referendum Aktında öz əksini tapmış əlavə və dəyişikliklər Azərbaycanın müasir inkişaf dinamikası, modernləşmə strategiyasının tələbləri ilə ayaqlaşaraq, ölkənin siyasi, sosial-iqtisadi inkişafının mahiyyətindən doğur. Onun sözlərinə görə, bu əlavə və dəyişikliklərin istər bələdiyyələrin gələcək fəaliyyətində, istər məhkəmə-hüquq sisteminin inkişafında, istərsə də, insan hüquq və azadlıqlarının qorunması istiqamətində gedən prosesdə böyük əhəmiyyət kəsb edəcək. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər daha dinamik inkışafı hədəfləyir və zamanın tələbidir: "İnanıram ki, bütün siyasi proseslərdə öncül sıranı tutan Qubadlı seçiciləri bu dəfə də Azərbaycan dövlətinin güclənməsinə, daha effektiv idarəçiliyi formalaşdırılmasına, insan hüquq və azadlıqlarının daha da genişləndirilməsinə, bir sözlə referenduma çıxarılan əlavə və dəyişikliklərin lehinə səs verəcək. Bütün seçiciləri sentyabrın 26-da keçirilən referendumda aktiv iştirak etməyə çağırıram".
Çıxış edən YAP Qubadlı rayon təşkilatı Qadınlar Şurasının sədri Badam Hüseynova da görüşdə iştirak edən seçiciləri referendumda fəal iştiraka səsləyib. Tədbirdə çıxış edən qadın seçicilər referendumda iştirak edəcəklərini, irəli sürülən əlavə və dəyişiklikləri dəstəklədiklərini bildiriblər.


![]()
ZƏRDAB
Referenedum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Zərdab rayon şöbəsi rayonun mədəniyyət evində qadın seçicilərlə görüş keçirib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri, "Yeni Azərbaycan" Təşviqat Qrupunun Zərdab rayon şöbəsinin rəhbəri Pərvin Mahmudova Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı fikirlərini bildirib. P.Mahmudova onu da vurğulayıb ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər daha dinamik inkişafı hədəfləyir və zamanın tələbidir: "İnanıram ki, bütün siyasi proseslərdə öncül sıranı tutan Zərdab seçiciləri bu dəfə də Azərbaycan dövlətinin güclənməsinə, daha effektiv idarəçiliyin formalaşdırılmasına, insan hüquq və azadlıqlarının daha da genişləndirilməsinə, bir sözlə, referenduma çıxarılan əlavə və dəyişikliklərin lehinə səs verəcək. Bütün seçiciləri, o cümlədən qadın seçiciləri sentyabrın 26-da keçirilən referendumda aktiv iştirak etməyə çağırıram".
Görüşdə çıxış edən "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Jalə Əliyeva Azərbaycan qadınlarının cəmiyyətin aparıcı qüvvələrindən biri olduğunu deyib. J.Əliyeva bildirib ki, qadınlar dövlət idarəçiliyində təmsil olunmaqla yanaşı, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Ölkəmizin çox ciddi hüquqi-siyasi hadisə ərəfəsində olduğunu deyən səlahiyyətli nümayəndə qeyd edib ki, Konstitusiya dəyişiklikləri Azərbaycanın gələcəyi, ölkəmizdə idarəetmənin keyfiyyətcə yeni mərhələyə daşınması, insan hüquqlarının daha yaxşı təmin olunması, milli və dövlət təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Bu dəyişikliklərdə hər bir vətəndaşı maraqlandıran və onun istəklərinə cavab verən müddəalar var.
Görüşdə YAP Zərdab rayon təşkilatı qadınlar şurasının sədri Xəyalə Veyisova, Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva və digərləri qeyd ediblər ki, qadınlar cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməklə öz bilik və bacarıqlarını ölkəmizin daha da çiçəklənməsinə sərf edirlər. Əminliklə vurğulanıb ki, onlar bütün seçkilərdə olduğu kimi, 26 sentyabr tarixində keçiriləcək referendumda da fəal iştirak edəcək, seçki məntəqələrinə gedərək Konstitusiya dəyişikliklərinə "HƏ" deyəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB