Səxavət Əlisoy: "Sayı şişirtməklə özümüzə təskinlik veririk" İTTİHAM
Müxalifətyönlü Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədr müavini, Müsavat partiyası başqanının sabiq müavini Səxavət Əlisoy düşərgədəki vəziyyəti sərt şəkildə tənqid edən yazı ilə çıxış edib. SİA-nın məlumatına görə, Səxavət Əlisoy düşərgə liderlərini yalan danışmaqda ittiham edib və bildirib ki, ötən 23 ildə keçirilən hər mitinqdən sonra eyni fikirlər müzakirəyə çıxarılır: "23 ildir mitinqlər keçiririk. 23 ildir keçirdiyimiz hər mitinqdən sonra aksiya iştirakçılarının sayını müzakirə edirik. 3 minə 10 min deyirik, 10 minə 50 min, 30 minə 100 min. İqtidar də tərsini deyir. Sayı şişirtməklə özümüzə təskinlik veririk. Və ən başlıcası bir nəticəyə nail ola bilmirik".
Səxavət Əlisoy "Milli Şura" qeyd edib ki, müxaalifət heç nəyə nail ola bilməməklə yanaşı, dağılır və məğlubiyyətə uğrayır. "Əvəzində müxalifət ikiyə, dördə, altıya bölünür və parçalanma baş verir"-deyə qeyd edən Əlisoy həmçinin bildirib ki, parçalanıb zəif düşənlər sonra ayrılıqda mübarizəyə cəhd edir və bu mübarizənin də nə qədər səmərəsiz olduğu göz önündədir. SİTAT: "...Kimin ucbatından? Təbii ki, liderlərin üzündən bu birlik baş tutmur. Adama deməzlər ki, qardaş siz 5-6 adam birləşə bilmirsizsə, 10 milyonluq bu xalqı hansı ağ günə çıxarmaqdan danışırsınız".
Səxavət Əlisoy sonda bildirib ki, referendumdan sonra da 1-2 mitinqin keçirilməsi mümkündür: "Lap belə o mitinqlərə 50-100 min də adam gəlsin. Sonra? Yeni bir 2003 ortaya çıxmasını istəyirsiniz? Uzaqgörən partiya sədri 2003-cü ildən ciddi nəticə çıxarmalıdır. Görünən odur ki, kimsə nəticə çıxarmayıb".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB