Bu gün "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu Qəbələ rayonunda qadın seçicilərlə görüş keçirib. Görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Abil Ağasəfov açıb. Görüşdə rayonun müxtəlif sahələrində çalışan 120 nəfərə qədər seçici qadınlar iştirak edib.
Görüşdə YAP Qəbələ rayon təşkilatı Qadınlar şurasının sədri Arifə Bayramova çıxış edərək bildirib ki, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi müasir dövrümüzün inkişaf prespektivlərini müəyyənləşdirir. O, vurğulayıb ki, Respublikamızın bütün regionlarında sürətli sosial-iqtisadi inkişaf nəzərə çarpır. Ölkəmizdə qazanılan nəaliyyətlər, demokratik hüquqi islahatlar sahəsində əldə edilən uğurlar, beynəlxalq aləmdəki nüfuz və digər sahələrdəki yüksəlişlər hər zaman yeniləşməli, təkmilləşməni bir tələb kimi qarşıya qoyur. Referendum Aktı layihəsi vasitəsilə Azərbaycan Konstitusiyasına təklif olunan dəyişikliklər Azərbaycan Dövlətçiliyini möhkəmləndirəcək, Azərbaycan vətəndaşlarının hüquqlarını genişləndirəcək, ölkənin beynəlxalq nüfuzunu daha da yüksəldəcəkdir. Məruzəçi Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin hər birinin mahiyəti barədə seçicilərə ətraflı məlumat verdi, 26 sentyabrda rayonun bütün qadınlarını seçki məntəqələrinə gələrək referendumdakı dəyişikliklərə "HƏ" deməyə səsləyib.
Görüşdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov qeyd edib ki, Referendum Aktı layihəsində öz əksini tapan əlavə və dəyişikliklərin Azərbaycan Dövlətinin inkişafına, müstəqilliyinin möhkəmlənməsinə xidmət edəcəyi şübhəsizdir. Əminliklə deməyə imkan verirki Ulu Öndərin siyasi kursuna hər zaman sədaqətlik nümayiş etdirən Qəbələ rayon seçiciləri
bütün seçkilərdə olduğu kimi, növbəti referendumdada aktivlik nümayiş etdirərək təklif olunan layihənin lehinə səs verəcəklər. Fəttah Heydərov onuda qeyd edib ki, əvvəlki illərdə, 2002-2009-cu illərdə Konstitusiyamızda bir sıra əlavə və dəyişikliklər olub, onun müsbət nəticəsi isə bu gün göz önündədir.
Natiq qeyd edib ki, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə nə qədər sosial iqtisadi layihələrin həyata keçirildiyi hamıya yaxşı bəllidir. Respublikamızın regiyonlarında hər sahədə inkişaf nəzərə çarpır, durmadan yeni layihələr həyata keçirilir. Bütün bu gedən inkişafı biz Qəbələnin timsalında daha aydın görürük, bu baxımdan da hesab edirəm ki, inkişaf yenilik tələb edir və bu da özünü dövlətin əsas qanunlarında əksini tapmalıdır. O, çıxışının sonunda hər bir seçicini referendumda fəal iştirak etməyə, gələcək tərəqqi və inkişafımıza səs verməyə çağırıb.
Məruzə ətrafında çıxış edən qadın seçicilərdən Çimnaz Müzəffərova, Sara Soltanzadə və Aynur Qədirova Azərbaycan qadınlarının cəmiyyətdə aparıcı qüvvə olduğunu qeyd edərək onların dünyanın ən mötəbər məclislərində öz sözlərini cəsarətlə dediklərini, Azərbaycanı şərəf və ləyaqətlə təmsil etdiklərini vurğulayıblar.
Seçici qadınlar onu da bildiriblər ki, Qəbələ rayonunun xanımları hər zaman Ulu öndər Heydər Əliyevin siyasətini layiqincə dəstəkləmişdirlər və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşirlər. Qadın seçicilərin hər biri rayonun bütün qadınlarını sentyabrın 26-da keçiriləcək referenduma gələrək öz müsbət fikirlərini bildirmələrini təklif etdilər, müstəqil Azərbaycanımızın daha güclü və qüdrətli olmasına səs verməyə çağırıblar.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB