Referendum üzrə "Bələdiyyə" təşviqat qrupu bu ilin 26 sentyabrında keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar Şəmkir rayonunun Aşağı Seyfəli kəndində seçicilərlə növbəti görüşünü keçirib. SİA-nın xəbərinə görə, görüşdə referendum üzrə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, millət vəkili Sona Əliyeva, "Bələdiyyə" referendum üzrə təşviqat qrupunun üzvləri və seçicilər iştirak ediblər.
Görüşdə giriş nitqi ilə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bu ilin 26 sentyabrında ölkə Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendum haqqında geniş məlumat verib. O bildirib ki, Konstitusiya hər bir vətəndaşın hüquqlarının təminatçısı və orada hər hansı əlavə və dəyişiklik isə seçicilərin iradəsi ilə baş verir: "Ölkənin bütün qanunvericilik bazasının Konstitusiyaya əsaslanır. Konstitusiyamıza əlavə və dəyişikliklər edilməsi tarixi zərurətdən yaranır. Bu zərurət xalqın istək və arzusudur, sosial sifarişdir".
Fəxrəddin Vəliyev çıxışının sonunda bütün seçiciləri referendumda aktiv iştirak etməyə, əlavə və dəyişikliklərə səs verməyə çağırıb.
Görüşdə çıxış edən millət vəkili Sona Əliyeva Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin xalqımızın rifahı, mənafeyi, hüquq və azadlıqlarının daha da möhkəmləndirilməsinə xidmət etdiyini söyləyib. O qeyd edib ki, Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması təklifi vaxta və dövlət büdcəsinə qənaət etməklə yanaşı, Prezidentin öz üsul idarəsinin daha da möhkəmləndirilməsinə, milli təhlükəsizliyimizin təminatına səbəb olacaq.
Millət vəkili vitse prezidentlik institunun yaradılması məsələsinə də toxunaraq, dünya təcrübəsində bunun mövcudluğundan danışıb: "Dünyada demokratik ölkələrdən sayılan ABŞ-da vitse-prezidentlik institutu var".
S.Əliyeva çıxışında seçilmək üçün yaş məhdudiyyətinin aradan götürülməsi, xüsusi mülkiyyət və digər maddələr ətrafında fikirlərini bölüşüb. O, çıxışının sonunda seçicilərin referenduma çıxarılan əlavə və dəyişikliklərə səs verəcəklərinə ümidvar olduğunu vurğulayıb.
Görüşdə Aşağı Seyfəli Bələdiyyəsinin sədri Qalib Əhmədov, Yuxarı Seyfəli Bələdiyyəsinin sədri Elxan Hüseynov, Abbaslı kənd 2 saylı tam orta məktəbin direktoru Kübra Musayeva çıxış edərək Konstitusiya islahatlarının cəmiyyətin istək və arzusundan irəli gələrək vətəndaşlarımızın suveren hüququ olduğunu bildiriblər. Bələdiyyə qulluqçularının vəzifə məsuliyyətlərinin artırılması ilə bağlı təklif edilən əlavəni mühüm addım adlandıraraq bu islahatın vətəndaşlarımızın daim dövlətin qayğısı ilə əhatə olunmasının bariz nümunəsi olduğunu söyləyiblər.
Yevlax rayonu
Referendum üzrə "Bələdiyyə" təşviqat qrupunun üzvləri Yevlax şəhərində seçicilərlə daha bir görüş keçiriblər. Görüşü Yevlax şəhər bələdiyyəsinin sədri Elmi Səfərəliyev açaraq, Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərin zamanın tələbindən irəli gəldiyini vurğulayaraq, bu prosesin ölkənin inkişafı, dünya birliyinə inteqrasiyası ilə əlaqədar olduğunu diqqətə çatdırıb.
Milli Məclisin deputatı İlham Məmmədov görüşdə çıxış edərək, Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişiklikləri maddələr üzrə ətraflı təhlil edərək seçicilərə geniş məlumat verib.
Sonra Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Yevlax rayon şöbəsinin sədr müavini Əli Quliyev, "Kür" qəzetinin baş redaktoru Əminə Əhmədova çıxış edərək, konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin edilməsini ölkənin milli təhlükəsizliyinin qorunmasına, sahibkarların hüquqlarının qorunmasına, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının təmin olunmasına, ölkədə hakimiyyət bölgüsünün dəqiqləşməsinə gətirib çıxaran müddəalar olduğunu qeyd edib.
Çıxış edən Yevlax bələdiyyəsinin üzvləri Rafiq Əliyev, Afaq Bayramova və Qarxun kənd bələdiyyəsinin sədri Rövşən bostanov çıxış edərək, konstitusiyaya əlavə və dəyişikliklərin zamanın tələbindən irəli gəldiyini, ölkə vətəndaşların milli maraqlarının qorunmasına hesablandığını qeyd edilər və Yevlaxlı seçicilərin adından bildirdilər ki, bələdiyyə ərazisində yaşayan bütün seçicilər sentyabrın 26-da siyasi iradə nümayiş etdirərək, konstitusiyaya əlavə olunan dəyişiklikləri dəstəkləyəcəklər.
.jpg)
Ağdaş rayonu
26 sentyabr 2016-ci il tarixə təyin olunan ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası qeydə alınmış təşviqat qrupları tərəfindən Ağdaş rayonunda uğurla davam etdirilir. Bu gün ağdaşlı seçicilərlə keçirilən növbəti görüş "Bələdiyyə" təşviqat qrupu tərəfindən keçirilib.
Görüşü Ağdaş bələdiyyəsinin sədri Qalib Qarayev açaraq seçicilərə 26 sentyabrda keçiriləcək Referendum haqqında məlumat verib.
Görüşdə millət vəkilləri Cavid Osmanov və Sabir Hacıyev iştirak ediblər.
İlk əvvəl çıxış edən Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov qarşıdan gələn ümumxalq səsverməsinin mahiyyəti və təklif olunan əlavə və dəyişikliklər haqqında seçicilərə geniş məlumat verib. Təklif olunan əlavə və dəyişikliklərin əsasən insan hüquq və azdlıqlarının təminatının möhkəmləndirilməsi, eyni zamnada idarəçilik sisteminin daha da təkmilləşdirilməsi məqsədi daşıdığını qeyd edən Cavid Osmanov ağdaşlı seçicilərin 26 sentyabrda ümumxalq səsverməsində yaxından iştirak edəcəyini əminliklə qeyd edib.
Daha sonra çıxış edən millət vəkili Sabir Hacıyev Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin zamanın tələbindən irəli gəldiyini qeyd edərək bir sıra maddələri izah edib.
Görüşdə iştirak edən seçicilər- Cəbrail Həşimov, Almas Salehova, Süleyman Cəfərov və Faiq Mahmudov bildirdilər ki, ağdaşlılar hər zaman ölkə Prezidentinin təşəbbüslərini yekdilliklə dəstəkləyirlər. Onlar 26 sentyabrda da bir daha bunu sübut edəcəklərini vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB