Mütəllim Rəhimli: “Arif Hacılı lider kimi qəbul olunmur” AÇIQLAMA
"Ümumiyyətlə müxalifət düşərgəsinin parçalanmasına əsas səbəb kimi AXCP və Müsavat münasibətlərini göstərə bilərik. Bu partiyalar arasında gedən intiriqa və münaqişələr bir çox hallarda xalqın apardığı siyasi, iqtisadi mübarizələrin üzərinə kölgə salıb". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib.
Onun sözlərinə görə, bu cür konfiliktlərin davam etməsi Azərbaycan dövlətçiliyinin maraqlarına ziddir: "Çünki bir çox hallarda müxalifət düşərgəsinin monolitliyi və birliyi ölkənin həm daxili, həm də beynəlxalq problemlərini dünya ictimaiyyətinin diqqətinə də çatdıra bilir. Amma indiki halda isə çox təəssüf ki, bu iki partiya arasında olan konfiliktlər müxalifət haqqında mənfi yaradır. Məsələ bundadır ki, Arif Hacılını hələlik siyasi müstəvidə kifayət qədər lider kimi qəbul etmirlər. Onu lider kimi tanımayanlardan biri də təbii ki, Əli Kərimlidir. Buna görə də Əli Kərimli və İsa Qəmbər arasında olan qarşıdurma, ziddiyətlər sonda İsa Qəmbərin Müsavat partiyasının başqanlığından getməsi siyasi müstəvidə Əli Kərimlini tək qoydu. Təbii ki, o da bundan sonra istəməz ki, hər hansı bir şəxs gəlib ona şərik çıxsın. Bu baxımdan hesab edirəm ki, Əli Kərimlinin dedikləri buna hesablanıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB