İmişli rayonunda yanğın olub

İmişli rayonunda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, İmişli rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağında 1 ədəd yataq dəsti, mətbəxdə stol və 4 ədəd stul yanıb.

Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 9 m2 sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə