Rusiyada parlament seçkiləri keçirilir

Rusiyada parlament seçkiləri keçirilir

Bu gün Rusiyada parlament və yerli hakimiyyət orqanlarına seçkiləri keçirilir. SİA-nın Rusiya mətbuatına istinadən məlumatına görə, 7-ci çağırış Dövlət Dumasına seçkilərlə əlaqədar yerli vaxtla saat 08.00-da Moskva regionunda 7 mindən çox seçki məntəqəsi açılıb.

Moskva ilə bərabər saat 08.00-da Mərkəzi federal dairələrdə də seçki məntəqələri açılıb. Seçki prosesi yerli vaxtla saat 20.00-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə