NİDA-çılar Əli Kərimlinin "qara siyahı"sında QALMAQAL

NİDA-çılar Əli Kərimlinin "qara siyahı"sında QALMAQAL

Milli Şuranın (MŞ) 11 sentyabr mitinqindən sonra Əli Kərimli NİDA hərəkatı ilə bağlı qalmaqal yaradacaq qərar qəbul edib. NİDA-çıların azvision-a bildirdiyinə görə, MŞ-nın bu yaxınlarda keçirilən gizli toplantısında hərəkat üzvlərinin mitinqdəki iştirakı tənqid olunub.

NİDA fəalı Ülvi Həsənlinin 11 sentyabr mitinqindəki nitqi Əli Kərimlinin xoşuna gəlməyib. O, bundan sonrakı nümayişlərdə çıxış üçün NİDA-çılara yer verilməməsi haqda göstəriş verib.

AXCP sədrinin MŞ rəhbərliyi ilə razılaşdırılmadan verdiyi bu qərar qurumun Koordinasiya Mərkəzinin üzvləri arasında ciddi narazılığa səbəb olub. Belə ki, MŞ-nın bəzi üzvləri bu qərarın yalnış olduğunu bildiriblər.

Bütün bunlara baxmayaraq, Əli Kərimli artıq qərarın verildiyini və NİDA üzvlərinə Milli Şuranın təşkil etdiyi heç bir tədbirdə çıxış haqqı verilməyəcəyini bəyan edib.

Mənbənin bildirdiyinə görə, Əli Kərimli Ülvi Həsənlini işarə edərək "ağzından su tökülən, dili söz tutmayanlar mitinqlərdə çıxış edə bilməz",-deyə iclasa yekun vurub.

Əli Kərimlinin bu addımı qarşı tərəfdə - NİDA üzvləri arasında xoş qarşılanmayıb. Onlar bu qərarı NİDA-çılara qarşı hörmətsizlik kimi qiymətləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə