Xəbər verildiyi kimi, ABŞ konqresinin insan haqları üzrə komissiyasında Azərbaycan əleyhinə dinləmələr keçirilib. SİA-ya daxil olan məlumata görə, dinləmələrdə qondarma "DQR"in "prezidenti" Bako Saakyanın oğlu Armen Saakyan, ABŞ-ın eməni konqresinin Raffi Qaraqaşyan, eləcə də anti-Azərbaycan xarakterli çıxışları ilə radikal müxalifət mediasında davamlı şəkilldə yer alan ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç, və digər bir neçə konqresmen də iştirak edib. ABŞ ictimaiyyətində xüsusi maraq doğurmayan dinləmələr zamanı zalda kifayət qədər az insanın (təqribən 10-15 nəfər-red.) olduğu müəyyənləşib. Müxalift mediasında adları çəkilən ermənipərəst konqresmenlərin bir neçəəsinin isə iclas zamanı yatması kameraların gözündən yayınmayıb.
Dinləmələrdə qondarma erməni soyqırımının əsas amerikalı ideyavericiləriindən olan Ceyms Makqovern də iştirak edib. O cümlədən, "Amerikanın Səsi" radiostansiyasının erməni xidmətinin jurnalistlərinin də sözügedən prosesi işıqlandırıblar ki, nəticədə prosesin bilavasitə Azərvaycana qarşı qərəz kampaniyası olması təsdiqini tapmış olub.
Beləliklə, dinləmələrə müxalifətyönlü jurnalist, davamlı olaraq Azərbaycan əleyhinə çıxışları ilə istər yerli, istərsə də xarici mətbuatlarda çıxış edən, o cümlədən, heç vaxt erməni diasporası ilə sıx əlaqəsini gizlətməyən Xədicə İsmayıl skayp vasitəsilə fikirlərini bildirib.
Lakin maraqlı məqamlardan biri də anti-Azərbaycan dinləmələrində AXCP sədri və "Milli Şura"nın rəhbərlik strukturunda yer alan Əli Kərimlinin oğlu Türkel Kərimlinin ermənilərlə çiyin-çiyinə ölkəsi əleyhinə aparılan kampaniyada fəallıq göstərməsidir. Buradan da görünür ki, atası böyük Kərimlinin xəyanətkarlıq yolunu tam şəkildə mənimsəmiş kiçik Kərimli eynilə ermənilərə və ermənipərəst Amerika lobbisinin nümayəndələrinə qardaş gözü ilə baxır, onların dövlətimiz əleyhinə fəallıqlarına dəstək göstərir.
Lakin qeyd etmək yerinə düşərdi ki, sözügedən dinləmələrə ABŞ-ın Dövlət Departamentinin nümayəndələrinin də dəvət olunmalarına rəğmən, bu qurumun təmsilçiləri həmin prosesə qatılmaqdan imtina ediblər.
Rövşən Nurəddinoğu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB