Qadınlar Referenduma "HƏ" deyir FOTOLAR

Qadınlar Referenduma "HƏ" deyir FOTOLAR

Sentyabrın 26-da Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumun təbliğat-təşviqat kampaniyası çərçivəsində "Yeni Azərbaycan" təşviqat qrupunun üzvləri Ağsu rayonunda qadınlarla görüş keçirib. SİA-nın xəbərinə görə, YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov Referendum Aktı layihəsi barədə seçicilərə məlumat verərək bildirib ki, Konstitusiyaya təklif edilən bütün dəyişikliklər gələcəyə istiqamətlənib: Hazırda ölkəmiz yüksəliş dövrünü yaşayır. Biz gələcəyimizi düşünməliyik. Sözügedən dəyişikliklər ölkəmizin daha da inkişafına şərait yaradacaq. Düşünürəm ki, Ağsu rayonunun seçiciləri bu işdə aktiv olub öz gələcəyinə səs verərək, Azərbaycanın gələcəyi, inkişafı naminə bu layihəyə "hə" deyəcək.

YAP Ağsu rayon təşkilatı Qadınlar Şurasının sədri Şərəbanı Məlikova çıxış edərək qeyd edib ki, Konstitusiyaya təklif edilən dəyişiklər zamanın tələbidir. Konstitusiyaya təklif edilən dəyişikliklərin əksəriyyətinin insan haqlarının qorunmasına həsr edilməsi sevindirici haldır. O bildirib ki, YAP Ağsu rayon təşkilatında 2 min nəfərdən çox qadın təmsil olunur ki, onlar da rayonun ictimai-siyasi həyatında aktiv iştirak edirlər. Biz ağsulu qadınlar da Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri dəstəkləyirik, hamılıqla "hə" deyirik.

YAP Qadınlar Şurası İdarə heyətinin üzvü Zərifə Quliyeva Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin hər birinin mahiyyəti barədə seçicilərə ərtaflı məlumat verib. "Referendum Aktı insan hüquq və azadlıqlarını əhatə edir. Eyni zamanda referendum idarəçilikdə yeni islahatlara təkan verəcək. Dəyişiklik yalnız Azərbaycana uğur gətirəcək. Həm də yeni dəyişikliklərlə vitse-prezidentlik institutunun təməli qoyulacaq, yeni idarəçilik sistemi yaranacaq".

Görüşdə qadın seçicilərdən, YAP Ağsu rayon təşkilatı Qadınlar Şurasının üzvü, Muradlı bələdiyyəsinin sədri Sehrayə Hümbətova, Ağsu şəhər 4 saylı tam orta məktəbin direktoru Günay İnayətova, YAP Ağsu rayon təşkilatı Gənclər Birliyinin sədri Leyla Heydərova çıxış edərək müstəqil Azərbaycanın Konstitusiyasına təklif olunan əlavə və dəyişiklikləri bəyəndiklərini, 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda edilən dəyişiklik və əlavələrə səs verəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə