Binəqədi seçiciləri ilə növbəti görüş FOTOLAR

Binəqədi seçiciləri ilə növbəti görüş FOTOLAR

Referendum üzrə "Bələdiyyə" təşviqat qrupu bu ilin 26 sentyabrında keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar Binəqədi rayonunda 2 saylı sahə inzibati ərazi dairəsi üzrə qeydiyyatda olan seçicilərlə görüş keçirib. SİA-nın xəbərinə görə, görüşdə referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Eldar İbrahimov, Binəqədi rayon Təşkilatının sədri, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Binəqədi rayon şöbəsinin rəhbəri Ramiz Göyüşov, "Bələdiyyə" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Qəsəbə bələdiyyələri Milli Assosasiyasının sədri,Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi rayon bələdiyyələrinin sədrləri, təşviqat qrupunun üzvləri və seçicilər iştirak ediblər.

Görüşdə giriş nitqi ilə çıxış edən Ramiz Göyüşov bu ilin 26 sentyabrında ölkə Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendum haqqında geniş məlumat verib. O bildirib ki, Konstitusiya hər bir vətəndaşın hüquqlarının təminatçısı və orada hər hansı əlavə və dəyişiklik isə seçicilərin iradəsi ilə baş verir: "Ölkənin bütün qanunvericilik bazasının Konstitusiyaya əsaslanır. Konstitusiyamıza əlavə və dəyişikliklər edilməsi tarix zərurətdən yaranır. Bu zərurət xalqın istək və arzusudur, sosial sifarişdir".

Ramiz Göyüşov çıxışının sonunda bütün seçiciləri referendumda aktiv iştirak etməyə,əlavə və dəyişikliklərə səs verməyə çağırıb.

Görüşdə çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Eldar İbrahimov Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin xalqımızın rifahı, mənafeyi, hüquq və azadlıqlarının daha da möhkəmləndirilməsinə xidmət etdiyini söyləyib. O qeyd edib ki, Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması təklifi vaxta və dövlət büdcəsinə qənaət etməklə yanaşı, Prezidentin öz üsul idarəsinin daha da möhkəmləndirilməsinə, milli təhlükəsizliyimizin təminatına səbəb olacaq.

Millət vəkili vitse prezidentlik institunun yaradılması məsələsinə də toxunaraq, dünya təcrübəsində bunun mövcudluğundan danışıb: "Dünyada demokratik ölkələrdən sayılan ABŞ-da vitse prezidentlik institutut var".

E. İbrahimov çıxışında seçilmək üçün yaş məhdudiyyətinin aradan götürülməsi, xüsusi mülkiyyət və digər maddələr ətrafında fikirlərini bölüşüb. O, çıxışının sonunda seçicilərin referenduma çıxarılan əlavə və dəyişikliklərə səs verəcəklərinə ümidvar olduğunu vurğulayıb.

Görüşdə Hümbət Hüseynov çıxış edərək Konstitusiya islahatlarının cəmiyyətin istək və arzusundan irəli gələrək vətəndaşlarımızın suveren hüququ olduğunu bildirib. H. Hüseynov Bələdiyyə qulluqçularının vəzifə məsuliyyətlərinin artırılması ilə bağlı təklif edilən əlavəni mühüm addım adlandıraraq bu islahatın vətəndaşlarımızın daim dövlətin qayğısı ilə əhatə olunmasının bariz nümunəsi olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə