Oqtay Əsədov türkiyəli və çexiyalı həmkarları ilə görüşüb

Oqtay Əsədov türkiyəli və çexiyalı həmkarları ilə görüşüb

Azərbaycan Parlamentinin sədri türkiyəli və çexiyalı həmkarları ilə görüşüb.SİA-nın Milli Məclisin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Strasburqda Milli Məclisin sədri Oqtay Əsədovun AŞ PA-ya üzv dövlətlərin parlament sədrlərinin toplantısında iştirak edən Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman və Çex Respublikası parlamentinin sədri Yan Hamaçek ilə görüşləri olub.

Görüşlərdə ölkələrimiz arasında münasibətlərin, xüsusilə parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə müzakirələr aparılıb.

Tərəflər konfransda müzakirə olunan məsələlər haqqında fikirlərini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə