"Ümumiyyətlə Ermənistan nə siyasi, nə də iqtisadi cəhətdən formalaşmayan bir dövlətdir. Hətta Ermənistana dövlət demək də düzgün deyil. Çünki nə siyasi, nə də iqtisadi cəhətdən rəsmi İrəvan müstəqil siyasət yeritmək gücündə deyil. Bu mənada hesab edirəm ki, Ermənistanı danışdıran qüvvələr var". Bunu SİA-ya millət vəkili Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, hətta bu yaxınlarda Ermənistan hakimiyyətinə təyin olunmuş baş nazir də bunu etiraf etdi: "Rəsmi İrəvanın əhalisinin durmadan ölkəni tərk etməsi, iqtisadi subyektlərin təsiri altında qalması, həddindən çox inhisarlaşma əslində elə Ermənistanın bir toplum kimi formalaşmadığının göstəricisidir. Onların hakim orqanlarının bundan başqa bir çarəsi də yoxdur. Yalnız yalan danışmaq, ümumi şəkildə hərbi və siyasi cəhətdən digər məsələləri mürəkkəbləşdirməklə özlərinin mövcud olmasını şərtləndirən amilləri bir daha dünya ictimaiyyətinə, hər kəsə göstərmək istəyirlər. Onsuz da Ermənistanın sonu fəalkətdir. Hətta bunu cənab Prezident İlham Əliyev də dəfələrlə deyib və Azərbaycan da hər zaman bəyan edib ki, bizim Ermənistanla əslində birgə, sülh şəraitində yaşamaq istədiyimizin tək səbəbi odur ki, onlar işğal etdikləri torpaqları azad etməlidirlər, işğalçılıq siyasətinə son qoyulmalıdır. Beləcə Azərbaycan regionun mühüm bir dövləti kimi Ermənistanın iqtisadi cəhətdən mövcud olmasına kömək edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB