Konqres Snoudeni informator kimi tanımadı QƏRAR

Konqres Snoudeni informator kimi tanımadı QƏRAR

Amerika konqresi bir sıra milli təhlükəsizlik sənədlərini ictimailəşdirən xüsusi xidmət orqanlarının sabiq əməkdaşı Edvard Snoudenin informator kimi qəbul olunmasını rədd edən hesabat hazırlayıb. SİA xəbər verir ki, bu barədə Associated Press agentliyi yayıb. Eyni zamanda, konqres Snoudenin məlum hərəkətlərini pisləyib. Belə ki, onun ictimailəşdirdiyi məlumatlar amerikalıların şəxsi həyatlarına aid olmasa da, hərbi sirr kimi saxlanılıb. İki il yarım müddət ərzində aparılan parlament araşdırmalarının nəticəsinə görə, Snouden xüsusi xidmətin "öz rəhbərliyi ilə konfliktə girişən" və "ümidləri doğrultmayan əməkdaşı" kimi tanınıb.

Bundan öncə, Snouden prezident Barak Obamadan bağışlanmasını və əfv olunmasını xahiş etmişdi.

Xatırladaq ki, 2013-cü ildə Snouden xüsusi xidmətin əməkdaşı qismində bir sıra məxfi sənədləri ictimailəşdirmişdi. Bəlli olmuşdu ki, ABŞ həm amerikalıların, həm də xarici ölkə vətəndaşlarının şəxsi həyatları barədə məlumatlar toplayır. Nəticədə o, Rusiyaya qaçaraq orada özünə siyası sığınacaq alıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə