"Yeni Azərbaycan" təşviqat qrupu Qaradağda qadın seçicilərlə görüş keçirib FOTOLAR
Bu gün "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu Qaradağ rayonunda qadın seçicilərlə görüş keçirib. Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru Hicran Xəlilova Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı fikirlərini bildirib.
O, əmin olduğunu söyləyib ki, ölkə vətəndaşları, o cümlədən qadınlar sentyabrın 26-da Referendum Aktına səs verəcəklər. H.Xəlilova bu prosesdə Qaradağ rayon qadınlarını da fəal olmağa çağırıb. Görüşdə çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun Qaradağ rayon şöbəsinin rəhbəri, Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycan qadınlarının cəmiyyətin aparıcı qüvvələrindən biri olduğunu deyib. A.Hüseynov bildirib ki, qadınlar dövlət idarəçiliyində təmsil olunur, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Ölkəmizin çox ciddi hüquqi-siyasi hadisə ərəfəsində olduğunu deyən millət vəkili qeyd edib ki, Konstitusiya dəyişiklikləri Azərbaycanın gələcəyi, ölkəmizdə idarəetmənin keyfiyyətcə yeni mərhələyə daşınması, insan hüquqlarının daha yaxşı təmin olunması, milli və dövlət təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir".
Çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı Qadınlar Şurasının sədri Təranə Kərimova da Konstitusiya islahatlarının əhəmiyyətini vurğulayıb. Son illər ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin uğurlarından danışan T.Kərimovanın sözlərinə görə, Azərbaycan son 13 ildə böyük inkişaf yolu keçib. Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan siyasət nəticəsində Azərbaycanın əldə etdiyi böyük iqtisadi nailiyyətlər, o cümlədən, sosial, humanitar, idman, beynəlxalq əlaqələrin genişlənməsi və digər bütün istiqamətlərdə qazanılan böyük nailiyyətlər Ana qanunumuzda əlavə və dəyişikliklərin edilməsini şərtləndirir. Konstitusiya islahatlarının ölkəmizin gələcək inkişafına xidmət etdiyini deyən T.Kərimova qadınların bu prosesdə fəal olacağına əminliyini ifadə edib. Hüquq üzrə fəlsəfə doktoru Ulduz Musayeva Qaradağ rayon qadınlarının bütün seçkilərdə fəal iştirak etdiyini deyib və qarşıdan gələn ümumxalq səsverməsində də məhz belə olacağına inandığını qeyd edib. Rus icmasının sədr müavini Natalya Paramanova isə ölkəmizdə mövcud olan multikultural mühitdən, bütün millətlərin nümayəndələrinin birgə sülh və əmin-amanlıq şəraitində yaşamasından, dövlətimizin uğurları naminə birgə fəaliyyət göstərməsindən danışıb.
Görüşdə çıxış edən rayon qadınları – 7 saylı BPL direktoru Hicrət Qaradağlı, Heydər Əliyev Mərkəzinin əməkdaşı Aysel Qəribova və digərləri qeyd ediblər ki, Konstitusiya islahatları ölkə gəncliyinin də maraqlarına cavab verir, gənclərin inkişafına yeni imkanlar açır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB