“Yeni Azərbaycan” təşviqat qrupu Sumqayıtda

“Yeni Azərbaycan” təşviqat qrupu Sumqayıtda

Bu gün "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Sumqayıt şəhər şöbəsi Corat qəsəbəsində yerləşən Mədəniyyət evində qəsəbə sakinləri ilə görüş keçiriblər. SİA-nın verdiyi məlumata görə, görüşdə YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri Milli Məclisin deputatları Tahir Mirkişili və Muxtar Babayev iştirak ediblər.

Görüşü açıq elan edən YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev təklif edilən dəyişikliklərin ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsinin məqsədlərinə xidmət göstərdiyini bildirib.

Daha sonra çıxış edən Milli Məclisin deputatları Muxtar Babayev və Tahir Mirkişili konstitusiya islahatlarının ölkə həyatının ən müxtəlif sahələrinə ; insan hüquq və azadlıqlarının qorunması və ondan sui-istifadə hallarına yol verilməməsi, təhlükəsizlik və müdafiə, xüsusi mülkiyyət ilə bağlı sosial öhdəliklər, vətəndaşın informasiya təhlükəsizliyinin etibarlı təminatı, vətəndaşların seçmək və seçilmək hüquqlarının genişləndirilməsi, dövlət strukturlarının təkmilləşdirilməsi, Bələdiyyələrin məsuliyyətinin artırılması və digər vacib məsələlərin tənzimləməsinə şamil edilməsini nəzərdə tutulmasını qeyd ediblər.

Və sonda qəsəbə sakinləri referendumda nəzərdə tutulmuş dəyişikliklərlə bağlı öz fikirlərini bildirmiş və referendumda fəal iştirak edəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə