Azərbaycan Respublikasında 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendum üzrə "Bələdiyyə" təşviqat qrupu tərəfindən bu gün Quba şəhərində "Nizami" adına klubda seçicilərlə görüş keçirilib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, görüşdə Quba şəhəri üzrə 500 nəfər seçici iştirak edib.
Tədbirdə "Yeni Azərbaycan" təşviqat qrupunun slahiyyətli nümayəndəsi, "Ses" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Milli Məclisin deputatı Yevda Abramov və YAP Quba rayon təşkilatının sədri Yusif Abidov referendumla bağlı seçicilərə ətraflı məlumat verib.

"Ses" qəzetinin Baş redaktoru Bəhruz Quliyev çıxış edərək Referenduma çıxarılan əlavə və dəyişikliklər barədə ətraflı danışıb, həmin maddələri təhlil edib. Bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına olunacaq əlavə və dəyişikliklərin əks olunduğu Referendum Aktı hazirki dünya siyasətində baş verən hadisələr fonunda ölkəmizin əmin-amanlığının və sabitliyinin daha da möhkəmlənməsinə, Azərbaycanın bir dövlət kimi iqtisadi cəhətdən daha da qüdrətlənməsinə, idarəçilik baxımından daha çevik qərarların qəbul olunmasına təkan verəcək mühüm bir sənətdir.
Qeyd olunub ki, bütövlükdə dəyişikliklər Azərbaycan müstəqillik qazandıqdan sonra ölkənin sosial-iqtisadi, hüquqi islahatlar nəticəsində nail olduğu uğurların möhkəmləndirilməsi, hüquq normalarının bilavasitə Ana qanunda təsbit edilməklə onlara əməl olunmasının hüquqi əsaslarının gücləndirilməsi məqsədini güdür. Əvvəlki iki dəyişiklikdə olduğu kimi, hazırkı dəyişikliklər hazırlanan zaman da qabaqcıl ölkələrin təcrübəsi nəzərdən keçirilib, Azərbaycanın özünəməxsus inkişaf yolunun dayanıqlığının təmin edilməsi, ölkə üçün daha uğurlu idarəetmə modelinin düzgün seçimi hədəf kimi müəyyən olunub, stabil dövlət quruculuğunun təməlinin möhkəmləndirilməsi və onun qanunsuz müdaxilələrdən qorunması əsas vəzifə kimi qarşıya qoyulub.

Görüşdə iştirak edən seçicilərdən Elza Orucova, Azərbaycan Pedaqoji Universitetinin Quba filialının tələbəsi İlkin Xanlarzadə referendumda fəallıq göstərəcəklərini bildiriblər. Qeyd ediblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti son illər çox böyük uğurlar qazanıb, ölkəmizin iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. Xalqımızın rifah halı yüksəlib, ölkəmizin beynəlxalq səviyyədə nüfüzu durmadan artır. Bütün bu naliyyətlər hər bir azərbaycanılıda qürur hissi doğurur.




.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB