XİN sözçüsü: "Festivala qatılacaq qonaqların kimlikləri dəqiqləşdirilir" MÜNASİBƏT
"Ermənilərin Şuşada "ArtsaxEtnoFest" adlı beynəlxalq festival keçirməsindən məlumatımız var. Xarici İşlər Nazirliyi artıq bu gün Şuşada başlayan həmin festivalda hansı ölkələrdən kimlərin iştirak edəcəyi istiqamətində aradırmalara başlayıb". Bunu SİA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Nazirlik sözçüsününü sözlərinə görə, Dağlıq Qarabağda ermənilərin festivalına qatılan xarici qonaqlar dəqiqləşidiriləcək: "Şuşadakı festivala qatılacaq xarici qonaqların kimliklərini dəqiqləşdirilməsi həyata keçirilir. Həmin festivalın mahiyyəti və keçirilmə məqsədi daha da aydınlaşandan sonra konkret addımlar atılacaq".
Hikmət Hacıyev bildirib ki, Şuşadakı festivalda iştirak edən xarici qonaqlar haqqında qərar qəbul olunacaq: "Həmin şəxslər müəyyən edildikdən sonra Xarici İşlər Nazirliyi olaraq qanunvericiliyə uyğun şəkildə müvafiq addımlar atılacaq. Bu cür məsələlərdə Azərbaycanın mövqeyi hər zaman birmənalı və prinsipialdır".
Qeyd edək ki, ermənilər bu gündən Şuşada "ArtsaxEtnoFest" adlı beynəlxalq festival keçirməyə başlayıb. Festival sentyabrın 17-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB