Qabil Hüseynli: "Milli Şura"nın mitinqinə Qərbdəki bəzi dairələrin dəstəyi var" MÖVQE
""Milli Şura"nın boş və mənasız mitinqinə Qərbin bəzi maraqlı dairələrinin dəstək var". Məsələ ilə bağlı SİA-ya açıqlama verən Müsavat başqanının keçmiş müavini Qabil Hüseynli hesab edir ki, Qərbin bəzi maraqlı dairələrinin referenduma münasibəti müsbət deyil: "Bu səbəbdən də ölkə daxilindəki müxalifyönlü fikirləri, siyasi və vətəndaş təşkilatlarını hərəkətə gətirməyə çalışırlar. Onlar bundan istifadə edərək, Azərbaycanın hakimiyyət orqanlarına müəyyən təzyiqlər göstərmək istəyirlər. Amma onu deyim ki, bu o qədər də asan iş deyil. Sadəcə, mitinqin iştirak dərəcəsini müəyyən qədər artıra bilərlər. Amma onu özlərinin arzu etdikləri kimi izdihamlı, irimiqyaslı bir tədbirə çevirə bilməzlər. Çünki Azərbaycan cəmiyyətində arzu edilən durum formalaşıb. Ona görə də, Qərb nə qədər çalışsa da, istədiyinə asan nail olmaz".
"Cəmiyyətdə müxalifətə olan inam getdikcə azalır. Bu qarşıdurma birinci deyil. O bildirib ki, müxalifətin indiki liderləri insanları siyasi ambisiyalarına qurban verirlər: "Bu siyasi ambisiyalar ucbatından həm başçılıq etdikləri partiyalarının üzvlərinin taleyi üzərində oynanılır, həm də bötüvlükdə xalqla bağlı onların üzərinə düşən missiyanın yerinə yetirirlməsində ciddi problem yaranır. Buna görə də xalq onlardan üz çevirməyə başlayır. Deyir, at mıxını çıxaranda, bir yerə vuranda, iki özünə vurur. Bunlar da elədirlər. Yəni, onlar xalqla aralarında olan uçurumu daha da dərinləşdirirlər".
Politoloq AXCP və Müsavat arasındakı qarşıdurmada tutarlı fakt olmadığını deyib: "Müsavatın "Milli Şura"dan gedərkən göstərdiyi faktlar o qədər də tutarlı deyil". Q.Hüseynli qeyd edib ki, partiyalar arası münaqişədə İsa Qəmbər və Əli Kərimli maraqlıdır: "Nə bir ağsaqqal var ki, bu məsələlərə "dur" desin, nə də siyasi lider var ki, bu işlərin ölkə siyasətinə nə qədər zərərli olduğunu anlatsın".
Rəfiqə Hüseynova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB