Sabirabadlı qadınlar seçimlərini ediblər FOTOLAR

Sabirabadlı qadınlar seçimlərini ediblər FOTOLAR

26 sentyabr 2016-cı il tarixdə ölkəmizdə keçiriləcək referendumla əlaqədar olaraq yaradılmış "Yeni Azərbaycan" təşviqat qurupu bu gün Sabirabad rayonunda qadın seçicilərlə görüş keçirib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, görüşdə iYAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev çıxış edərək referendumun mahiyyəti, ümumxalq səsverməsinin reallaşmasını şərtləndirən amillər haqqında tədbir iştirakçılarına məlumat verib.

"Yeni Azərbaycan" təşviqat qurupunun səlahiyyətli nümayəndəsi, "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev çıxış edərək bildirib ki, sosial-iqtisadi sahənin daha da inkişaf etdirilməsi, siyasi sistemin təkmilləşdirilməsi, ölkənin təhlükəsizliyinin, milli maraqlarının və insanların hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunması, xarici təhdidlərin qarşısının alınması, etnik-dini harmoniyanın daha da möhkəmləndirilməsi və s. amillərdən irəli gələrək Azərbaycan daha bir referenduma gedir: "Siz xanımlar seçici olmaqdan öncə təşviqatçısınız. Cəmiyyətdə qadınların rolu hər zaman önəmli olub. 26 sentyabr tarixdə Konistitusiyamızın 29 maddəsinə əlavə və dəyişikliklər edilməsi ümumxalq səsverməsinə çıxarılır. Bunlardan 23 maddəyə dəyişiklik, 6 maddəyə isə əlavələr olunacaq. Bu əlavə və dəyişikliklər günün, zamanın, beynəlxalq idarəetmə sisteminə inteqrasiyanın tələbindən irəli gəlir. Ona görə hər birimiz ölkəmizin inkişafı naminə "HƏ" deməliyik. 26 sentyabrda seçki məntəqələrinə gedib səsvermədə iştirak etməklə gələcəyimizə, inkişafımıza səs vermiş olacaqsınız".

Sonra YAP Sabirabad rayon təşkilatının qadınlar şurasının sədri Məleykə Həsənova çıxış edərək hər zaman olduğu kimi bu dəfə də ölkəmizdə keçirilən referendumda sabirabadlı qadınların aktiv olacağını və qanunlarımıza əlavə və dəyişikliklərə səs verəcəklərini bildirib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə