Nikol Paşinyan: “Erməni bayrağını və gerbini Qazelin kirli baqajında daşıyıblar” Erməni etirazı

Nikol Paşinyan: “Erməni bayrağını və gerbini Qazelin kirli baqajında daşıyıblar” Erməni etirazı

Ermənistanın baş prokuroru postuna namizədi Artur Davtyan parlamentdə deputatların ona ünvanlanan sualları əsnasında ilginc məqam üzə çıxıb. SİA-nın məlumatına görə, bu barədə yazan lragir.am saytı qeyd edir ki, bu barədə adıçəkilən sayta açıqlama verən deputat Nikol Paşinyan deyib ki, Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü qətlə yetirmiş rusiyalı hərbi qulluqçu Valeri Premyakovun harada cəza çəkəcəyi ilə bağlı verilən sualı cavablandıran baş prokurorluğa namizəd həmin sualın ona deyil, ədliyyə nazirliyinə veriməli olduğunu xatırladıb.

Paşinyan daha sonra öz açıqlamasında Davtyanı ittiham edən sual ünvanlayıb: "Məgər Artur Davtyan bilmir ki, prokurorluq haqqında qanunda baş prokurorluğun cəzaçəkmə müəssisələrini nəzarət etməsi barədə müddəa var? Bundan əlavə, baş prokurorluq da həmin rüsvayçı məhkəmədə iştirak edib".

Erməni deputat xatırladıb ki, erməni tərəfi erməni bayrağı və gerbi altında Premyakova məhkəmə qurmağı bacarmadı. "Bayraq və gerbi Rusiya hərbi bazasının ərazisində keçirilən məhkəməyə Qazel avtomobilnin kirli baqajında (yük yerində-red.) daşıyıblar"-deyə Nikol Paşinyan bildirib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə