Nurəddin Məmmədli müxalifət daxilindəki "razborkaları" üzə çıxardı

Nurəddin Məmmədli müxalifət daxilindəki "razborkaları" üzə çıxardı

"Milli Şura"nın bugünkü mitinqində, həm də radikal müxalifət daixilində yaşanan gərginliklər də gün üzünə çıxmağa başlayıb. SİA xəbər verir ki, AXCP sədrinin müavini olan Nurəddin Məmmədli, mitinqin təşkilatçılarına qarşı kəskin ittihamlarla çıxış edib. O, əsasən AXCP üzvlərinin mitinqdə fəallıq göstərməsinin təşkilatçılar tərəfindən mənfi qarşılandığını, onlara qarşı ikili siyasət yürüdüldüyünü irəli sürüb. Əli Kərimlinin müavini bildirib ki, bir sıra partiyaların təmsilçiləri AXCP üzvlərinə qarşı əsl düşmən kimi davranırlar. N.Məmmədlinin hədəfindəki partiyanın Müsavat olduğu iddia olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə