MSK-nın növbəti iclası keçirilib

MSK-nın növbəti iclası keçirilib

Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin məlumatında deyilir ki, əvvəlcə Komissiyanın sentyabrın 7-də keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində "exit-poll" keçirmək niyyəti ilə "Rəy" Monitorinq Mərkəzi tərəfindən MSK-ya ünvanlanmış müraciətə baxılıb. Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılaraq iclasa çıxarılmış müraciət Komissiya üzvləri tərəfindən müzakirə olunduqdan sonra "Rəy" Monitorinq Mərkəzinin "exit-poll" keçirmək üçün qeydə alınması barədə qərar qəbul olunub. İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə