Dairə Seçki Komissiyalarında 46569 müşahidəçi qeydə alınıb. SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
Bülletenlərinin DSK-lara paylanılmasına sentyabrın14-dən başlanacağını deyən MSK sədri bildirib ki, həmin proses sentyabrın 18-dək başa çatacaq". MSK sədri qeyd edib ki, dairələrdə müşahidəçilərin qeydiyyatı davam etdirilir: "MSK-da 1057 müşahidəçi qeydiyyatdan keçib. Bunlardan 777-si QHT nümayəndəsi, 167-si öz təşəbbüsü, ikisi xüsusi icazə almış, 82 nəfər "Yeni Azərbaycan" təşəbbüs qrupu, 29-u isə Vətəndaş Cəmiyyəti təşəbbüs qrupunun üzvləridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB