Yevlaxda seçicilərlə növbəti görüş keçirildi

Yevlaxda seçicilərlə növbəti görüş keçirildi

"Bələdiyyə" referendum üzrə təşviqat qrupu Yevlax rayonunda təbliğat-təşviqat kampaniyası çərçivəsində Aran qəsəbəsində seçiçilərlə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, millət vəkili, bələdiyyələrin səlahiyyətli nümayəndələri, qəsəbə və kənd ictimaiyyətinin, gənclərin iştirak etdiyi tədbirə ümumilikdə 220 nəfərdən çox seçici toplaşıb.

Yevlax rayon Aran Bələdiyyəsinin sədri Ulviyyə Ələkbərova giriş sözü ilə çıxış edərək, ölkəmizin əlamətdar hadisələr – 26 sentyabr referendumu, həmçinin yeni dərs ilinin başlanması ərəfəsində olduğu bir zamanda Azərbaycanın Ali Qanununa dəyişiliklər və əlavələr edilməsi ilə bağlı təbliğat-təşviqat kampaniyasının yüksək mütəşəkilliklə aparıldığını bidirib. Qeyd edib ki, bu gün qüdrətli ölkəmizin sürətli inkişafı fövqündə Yevlaxda da yüksək abadlıq-quruculuq işləri həyata keçirilib, yeni iş yerləri açılıb, əhalinin məşğulluğu təmin edilib, iqtisadi göstəricilər yüksəlib, insanların firavanlığı təmin edilib. Bu firavanlığın, inkişafın davamlı olması üçün ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörənliklə atdığı qətiyyətli addımlar hər birimiz tərəfindən rəğbətlə qarşılanır. Möhtərəm Prezidentimizin təşəbbüsü ilə Konstitusiyamıza edilən dəyişikliklər və əlavələr də xalqımızın gələcək inkişafına təminat verəcək və sözsüz ki, bütün yevlaxlılar tərəfindən dəstəklənəcək.

Millət vəkili İlham Məmmədov, Kür qəzetinin baş redaktoru Əminə Əhmədova son illər Azərbaycanın qazandığı uğurlu nailiyyətlər sırasında beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsinin mühüm yer tutduğunu, xarici əlaqələr sahəsində uğurlar əldə edildiyini diqqətə çatdırıb. "Bu gün dünyada artıq Azərbaycanın inkişaf modeli haqqında danışılır, qeyd edilir. Həm siyasi sahədə, beynəlxalq münasibətlərin tənzimlənməsində, ölkədaxili proseslərin inkişafında, multikultralizmlə bağlı bizim təcrübəmiz öyrənilir. Həm də hesab edirəm ki, iqtisadi inkişaf modelimiz də bu gün bir çox ölkələr üçün cəlbedici ola bilər"-ölkə başçısı cənab İlham Əliyevin bu sözlərini xatırladan natiqlər Konstitusiyamıza edilən əlavə və dəyişikliklərin zəruri olduğunu, xalqımıza daha çox fayda gətirəcəyini vurğulayıb. Onlar, inkişaf və tərəqqiyə daim tərəfdar olan gəncəlilərə referendum günü seçki məntəqələrinə gələrək, yüksək fəallıqla səs verməyi tövsiyə edib.

Təşviqatçılardan Əli Quliyev, Rafiq Əliyev, Qəşəm Ələkbərov və başqaları çıxışlarında təklif edilən bütün dəyişikliklərin gələcəyimizə istiqamətləndiyini bildiriblər: "Hazırda ölkəmiz yüksəliş dövrünü yaşayır. Biz gələcəyimizi düşünməliyik. Bizim hədəfimiz sivil gələcəyə hesablanıb. Sözügedən dəyişikliklər ölkəmizin daha da inkişafına şərait yaradacaq. Yevlax rayonunun seçiciləri də bu siyasi kampaniyada fəal olub, daha xoşbəxt və parlaq gələcəyimizə səs verəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə