Sentyabrın 8-də "Bələdiyyə" təşviqat qrupu Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum üzrə təbliğat-təşviqat kampaniyası çərçivəsində Qaradağ rayon Lökbatan qəsəbəsində seçicilərlə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, görüşü giriş sözü ilə açan Lökbatan bələdiyyəsinin sədri Namizəd İsmayılov təklif olunan əlavə və dəyişikliklərlə bağlı seçicilərə geniş məlumat verib.
O, bu dəyişikliklərin zamanın tələbi olduğunu vurğulayaraq, bütün qəsəbə sakinlərini referendumda fəal olmağa və Konstitusiyaya əlavə və dəyişikliklərə səs verməyə çağırıb.
(1).jpg)
Daha sonra çıxış edən Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, Azərbaycan dövləti sürətlə inkişaf edir. Belə ki, son 12 ildə Azərbaycan iqtisadiyyatı dəfələrlə böyüyüb. Buna paralel olaraq, uğurlu sosial siyasət nəticəsində insanların da həyat şəraiti yüksəlib, yeni sosial şərait meydana çıxıb: "Azərbaycanın beynəlxalq əlaqələri də kifayət qədər genişlənib, beynəlxalq təşkilatlarda təmsilçiliyi yüksəlib, ölkəmiz bir çox yeni beynəlxalq konvensiyalara qoşulub, beynəlxalq əməkdaşlıqla bağlı mühüm qərarlar qəbul olunub. Eyni zamanda, ölkə qanunvericiliyi də təkmilləşdirilir, yeni mütərəqqi qanunlar qəbul olunur".
(1).jpg)
A.Hüseynov əldə olunan bu nailiyyətlərin və yaranan yeni situasiyanın Azərbaycan Konstitusiyasına dəyişiklikləri şərtləndirdiyini deyərək təklif olunan hər bir əlavə və dəyişikliyi seçicilərin diqqətinə çatdırıb, onların əhəmiyyətini vurğulayıb. O, sonda bir daha seçiciləri referendumda fəallıq göstərməyə və Konstitusiya dəyişikliklərinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən qəsəbə ağsaqqalı Zaməddin Həmşəyev və digərləri seçicilərin dəyişikliklərlə bağlı məlumatlı olduqlarını, lökbatanlıların referendum günündə bir nəfər kimi səsvermə məntəqələrinə gələrək Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə "HƏ" deyəcəklərini söyləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB