Azərbaycanın fəaliyyəti yüksək qiymətləndirilib FOTOLAR

Azərbaycanın fəaliyyəti yüksək qiymətləndirilib FOTOLAR

Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Əməliyyatları mövzusunda Müdafiə nazirlərinin London şəhərində davam edən tədbiri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 8-də Lordlar Palatasında Müdafiə üzrə Dövlət naziri, Lordlar Palatasının sədr müavini cənab Örl Hou ilə görüşüb. SİA-nın məlumatına görə, görüş zamanı Azərbaycanın indiyədək sülhməramlı əməliyyatlarda, eləcə də Əfqanıstanda həyata keçirilən missiyada iştirakı yüksək qiymətləndirilib, BMT-nin sülhməramlı fəaliyyətinin təkmilləşdirilməsinə dair fikir mübadiləsi aparılıb, ölkəmizin bu fəaliyyətdəki perspektivləri və iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə