Mariya Zaxarova: “Bu, Faşizmdir!” BPK-ya və “The Guardian”a sözünü dedi

Mariya Zaxarova: “Bu, Faşizmdir!” BPK-ya və “The Guardian”a sözünü dedi

"Rusiya Rio-de-Janeyroda Paralimpiadanın açılışı zamanı bu ölkənin bayrağını daşıyan beloruslu paralimpiadaçıya minnətdardır". SİA xəbər verir ki, Rusiyanın xarici işlər nazirliyinin rəsmisi Mariya Zaxarova sözügedən məsələyə keçirdiyi brifinqdə münasibət bildirib.

"Bu gün bizdə qəhrəman bir insan müəyyən olunub. O, Rioda Rusiya bayrağını qaldıraraq, paralampiada yığmamıza dəstək göstərib və insanlarımıza qarşı birmənalı olaraq səviyyəsizlik, məsuliyyətsizlik, qeyri-insanlıq nümayiş etdirənlərə dərs verib"-deyə qeyd edən Zaxarova həmçinin bildirib ki, onlar siyasətdən kənarda dayanan belə insanlarla fəxr edirlər: "Biz hesab edirik ki, bu addım siyasətdən üstün dayanır, bu insanlıq addımıdır və bizim üçün, bizim paralimpiadaçılarımız üçün önəmlidir".

Rusiya XİN rəsmisi beloruslu paralimpiadaçıya təşəkkür edib: "Çox sağ olsun. İnanıram ki, biz onun adını öyrənəcəyik. Bu adamın adı bizim üçün qəhrəman adı olacaq. Beloruslu dostlarımıza böyük təşəkkürlər, xüsusilə bu jesti edən idmançıya minnətdarıq. Belə hadisələr heç vaxt unudulmur".

Zaxarova "The Guardian"da hadisə ilə bağlı gedən neqativ fikirli yazıya da münasibətini bildirib: "Bu cür məqalələr və artıq cəzanın veriləcəyi ilə bağlı səslənmiş bəyanatlar – bütün bunlar faşizimdir, həqiqi, müasir, sivilizasiya altında komufilyaj olunmuş, guya ədaləti əks etdirən real faşizmdir".

Xatırladaq ki, Beynəlxalq Paralimpiya Komitəsi (BPK) Belorus yığmasının nümayəndələrindən biri ilə bağlı araşdırmaya başlayıb. Belə ki o, keçid zamanı Rusiya bayrağını qaldırıb. Rusiya bayrağı idmançının əlindən alınana qədər o, Rusiya bayrağı ilə stadionda on metrlərlə yürüməyə nail olub. Nəticədə BPK qanun pozan idmançını taparaq onu cəzalandırmaq qərarına gəlib.

Qeyd edək ki, Rusiya idmançıları Paralimpiya oyunlarında iştirak edə bilməyiblər. Belə ki, Rusiyanın Paralimpiya Komitəsinə qarşı idmançıların dopinq qəbul etmələri barədə iddia qaldırılıb. Məhz bundan sonra Belorus yğması Paralimpiya Oyunlarının açılış mərasimində rusiyalı həmkarlarına onların dövlət bayraqlarını daşıyacaqlarına söz veriblər. Bundan daha öncədən məlumatlı olan BPK beloruslara xəbərdarlıq etmişdi ki, əgər bu baş verərsə, bilavasitə siyasi jest kimi qəbul olunacaq.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə