"Hraparak": "İctimai rəy yenidən qan tökməyə köklənib"

"Hraparak": "İctimai rəy yenidən qan tökməyə köklənib"

""Sasna-Srer" qrupunun iyul qiyamı təəssüfedici qənaətə gəlməyə əzmin yaradır. Birincisi, artıq ictimaiyyət mövcud vəziyyətdən o qədər yorulub və bezib ki, hətta hərbi çevriliş etmək üçün "tüfəngli adam" arxasınca da getməyə hazırdır". SİA xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazır. Qəzet daha sonra qeyd edir: "Eyni zamanda, dəyişiklik tələbatı o qədər həyati vacib amilə çevrilib ki, insan ölümü belə, ictimai rəyi fikrindən daşındırmayıb və yenidən qan tökməyə hazırdır".

"İctimaiyyət barışa bilmir. İstənilən cəmiyyət ən yaxşı dövlətdə yaşamaq istəyir, təminatının yüksək səviyyədə olmağını arzulayır, düzgün hakimiyyət və inkişaflı iqtisadiyyat tələbində bulunur"-deyə qeyd edən nəşrdə o da bildirilir ki, məhz bu arzular müstəvisində kadr dəyişiklikləri və yerdəyişmələrlə bağlı məlumatlar informasiya dairələrində eyforiya ilə müşahidə olunub: "İnsanlar həyəcanla öz aralarında müzakirələr apararaq, ölkədə köklü dəyişikliklərin olacağına ümid edirdilər".

"Hraparak" sonda yazır ki, dövlət məmurlarının yerdəyişmələri və dəyişiklikləri heş də situasiyanın yaxşılığına işarə etmir. Belə ki, bütün bunların müsbətə doğru istiqamət alacağını da hesab etmək hələ ki, tezdir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə